"Region Plus" jurnalı ABŞ konqresmenlərinə


Siyasət 01 Okt 2022 22:02:00 101 0

"Region Plus" jurnalı ABŞ konqresmenlərinə

2016-cı ildə Azərbaycan-Amerika münasibətlərinin inkişafının işıqlandırılmasına verdiyi töhfəyə görə ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən Amerika bayrağı ilə təltif edilmiş "Region Plus" analitik jurnalı ABŞ qanunvericilərini Ermənistan-Azərbaycan münaqişəsində tərəflərin mövqeləri arasında balansın qorunması məsələsinin əhəmiyyətinə diqqət yetirməyə çağırıb.

Bu xəbəri də oxu: Molla, sərHƏDDini

Çağırış ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin 17-18 sentyabr 2022-ci il tarixlərində Ermənistana səfəri və bir sıra anti-Azərbaycan bəyanatları ilə çıxış etməsi fonunda olub. Bundan əlavə, bu yaxınlarda konqresmen Ceki Speyerin rəsmi saytında (həmçinin konqresmenlər Frank Pallone, Adam Şiff və Anna Eşhu tərəfindən imzalanmış) qətnamə təqdim edilib ki, orada da yenə də Azərbaycan tərəfi mənfi şəkildə təqdim olunur və hətta obyektiv balanslaşdırılmış yanaşmanı müşahidə etmək cəhdi belə yoxdur.

ABŞ Konqresinin Nümayəndələr Palatası konqresmen Qven Murun təklifi ilə Azərbaycanın "Region Plus" jurnalını mükafatlandırıb. "Region Plus" jurnalının 10 illiyi şərəfinə nəşrə təqdim olunan "Ulduzlar və Zolaqlar" bayrağı Kapitolinin binası üzərində dalğalanıb. Bu barədə Kapitolinin memarı Stiven T. Ayers tərəfindən imzalanmış xatirə sertifikatında deyilir. ABŞ Bayraq Mükafatı Konqres tərəfindən bütün dünyada tanınmış şəxslərə, QHT-lərə və mediaya verilir. "Region Plus" jurnalı Azərbaycanda bu mükafatı alan ilk təşkilat oldu.

Aşağıda "Region Plus" jurnalı adından ABŞ konqresmenlərinə göndərilmiş məktub təqdim edilib. Məktub həmçinin hazırda ABŞ Nümayəndələr Palatasında Respublikaçılar Partiyasının lideri olan konqresmen Kevin Makkartiyə də göndərilib.

Məktubun mətni:

"Birləşmiş Ştatlar Azərbaycan-Ermənistan münaqişəsinə münasibətində həmişə balanslaşdırılmış yanaşmaya riayət etməyə çalışıb. Ən azı Amerikanın yüksək rütbəli siyasətçilərinin regiona bütün səfərləri münaqişə ilə bağlı balanslaşdırılmış mövqe çərçivəsində həyata keçirilib. Üstəlik, Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasının üzvü kimi BMT Təhlükəsizlik Şurasının bütün dörd qətnaməsinə (822, 853, 874 və 884, 30 aprel - 12 noyabr 1993-cü il tarixləri) səs verib və bu qətnamələrə əsasən Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisini dərhal tərk etməli idi. Təəssüf ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin 2022-ci il sentyabrın 17-18-də Ermənistana rəsmi səfəri ilk dəfə olaraq İrəvana açıq meyl göstərdi. 2016-cı ildə Azərbaycan-Amerika münasibətlərinin inkişafının işıqlandırılmasına verdiyi töhfəyə görə ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən Amerika bayrağı ilə təltif edilmiş "Region Plus" jurnalının kollektivi xanım Pelosinin ABŞ Konqresindəki həmkarlarını münaqişə tərəflərinin mövqeləri arasında balansın saxlanmasının vacibliyinə diqqət yetirməyə çağırır. ABŞ-da noyabrda keçiriləcək aralıq seçkiləri fonunda xanım Pelosinin İrəvana səfərinin məqsədi tam aydındır - Konqresdə spiker çoxlu sayda etnik ermənilərin yaşadığı Kaliforniya ştatını təmsil edir. Bununla belə, hesab edirik ki, xanım Pelosi İrəvana səfəri zamanı Azərbaycan-Ermənistan münaqişəsinə bu cür birtərəfli yanaşmadan çəkinməyə çalışmalı idi. Üstəlik, yuxarıda qeyd etdiyimiz kimi, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq, xanım Pelosi heç vaxt Ermənistandan onların icrasını tələb etməyib, indi isə birdən-birə Ermənistana dəstək vermək üçün kəskin çıxış etmək qərarına gəlib. Onu da xatırlatmaq istəyirik ki, 30 ilə yaxın erməni işğalı dövründə müasir Livanın ərazisinə bərabər ərazidə yerləşən Azərbaycan şəhər və kəndləri sözün əsl mənasında yer üzündən silinib. Söhbət ümumi sahəsi 10 min kvadrat kilometrdən çox olan 300-dən çox yaşayış məntəqəsindən gedir. Azərbaycanın tarix və mədəniyyət abidələrinin 95 faizi, o cümlədən 67 məsciddən 63-ü, qəbiristanlıqlar, bir çox muzeylər, o cümlədən Ağdam şəhərindəki nadir Çörək Muzeyi, Qarabağ xanlarının məqbərəsi, Qarabağ xanlarının qızı Xurşudbanu Natəvanın evi dağıdıldı. Həmin yerə baş çəkən ispaniyalı jurnalist Ağdam şəhərini "Qafqazın Xirosiması" adlandırıb... Birinci Qarabağ Müharibəsi nəticəsində 1994-cü ilin may ayına kimi Azərbaycanda on minlərlə insan həlak olub, yaralanıb və ya girov götürülüb. Bütün dinc Azərbaycan əhalisi, təxminən 750 min nəfər ermənilər tərəfindən işğal olunmuş torpaqlardan öz yurd-yuvasından didərgin salınmışdır. Bu etnik təmizləmələrin ən dəhşətli epizodu 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı soyqırımı olub, 613 nəfər həlak olub. 2020-ci ilin sentyabr ayına bir milyondan çox insan qaçqın statusunda olub. Həmçinin işğal olunmuş ərazilərdə ekologiyaya böyük ziyan dəymişdir - çirklənmiş çaylar (Oxçuçay), qırılmış meşələr, tapdalanmış otlaqlar... Biz inanmırıq ki, bunlar hansısa siyasi hesablama xatirinə göz ardı edilə biləcək faktlardır. Aşağıdakı VMedia Youtube kanalının videosunda xanım Pelosinin İrəvana son səfərindən kənarda qaldığı Ermənistanın işğalı illərində Azərbaycan tərəfinə dəymiş zərərin miqyası göstərilir.

https://www.youtube.com/watch?v=SAaPlU72Zxk

https://www.youtube.com/watch?v=FHMRk-DXpBc

Səhər yeməyi yeməməyin 5 ziyanı like
  • 01 Okt 22:01  
Digərləri Səhər yeməyi yeməməyin 5 ziyanı

Səhər yeməyi çox mühümdür. Əgər onu uzun müddət yeməsəniz, bədən

arrow Ətraflı
İnsanın əlləri ona şahidlik edəcək – like
  • 01 Okt 21:55  
Digərləri İnsanın əlləri ona şahidlik edəcək –

Qurani-Kərimə əsasən Allah Təala insanı yaradaraq ona ağıl və idrak bə

arrow Ətraflı
Cəhənnəmdə əbədi qalacaq 8 dəstə like
  • 01 Okt 21:50  
Digərləri Cəhənnəmdə əbədi qalacaq 8 dəstə

Elə günahlar vardır ki, hər kim ona düçar olarsa, cəhənnəmdə əbədi q

arrow Ətraflı
İnsan yaddaşını 15% artıra bilən cihaz like
  • 01 Okt 21:45  
Digərləri İnsan yaddaşını 15% artıra bilən cihaz

Bir çoxumuz, yaddaşımızı artırmanın mümkün olub olmadığını düşün

arrow Ətraflı
Hər kim ‘İbrahim’ surəsini oxuyarsa... like
  • 01 Okt 21:40  
Digərləri Hər kim ‘İbrahim’ surəsini oxuyarsa...

"İbrahim" surəsi Məkkədə nazil olmuş və 52 ayədən ibarətdir.

arrow Ətraflı
İnsan səhhəti üçün təhlükəli içkilər açıqlandı like
  • 01 Okt 21:30  
Digərləri İnsan səhhəti üçün təhlükəli içkilər açıqlandı

Həkimlər insan mədəsinə dağıdıcı təsir göstərən və sonunda ölüm

arrow Ətraflı
Belbek aerodromunda güclü yanğın baş verib like
  • 01 Okt 21:29  
Siyasət Belbek aerodromunda güclü yanğın baş verib

Krımın Belbek aerodromunda partlayış səsi eşidilib.

arrow Ətraflı
Bakıda yaşayış binasındakı yanğında like
  • 01 Okt 21:27  
Digərləri Bakıda yaşayış binasındakı yanğında

Xətai rayonunda baş verən yanğınla əlaqədar hadisə yerinə TƏBİB-in ta

arrow Ətraflı
Türkiyə Qətərə hərbi kontingent like
  • 01 Okt 21:17  
Siyasət Türkiyə Qətərə hərbi kontingent

Türkiyə Silahlı Qüvvələrinin hərbi kontingenti Dünya Kuboku 2022 çərç

arrow Ətraflı
Serbiya Prezidentindən ETİRAF: like
  • 01 Okt 21:06  
Siyasət Serbiya Prezidentindən ETİRAF:

"Bolqarıstanlı və yunanıstanlı dostlarımızı bu interkonnektorun uğ

arrow Ətraflı
Erməni hərbçi əsgər yoldaşını Azərbaycan hərbçisi like
  • 01 Okt 21:02  
Siyasət Erməni hərbçi əsgər yoldaşını Azərbaycan hərbçisi

Erməni hərbçi mühafizə zolağındakı döyüş postunda olan zaman ona yax

arrow Ətraflı
İranlı ayətullahın qızının toy fotoları like
  • 01 Okt 20:31  
Siyasət İranlı ayətullahın qızının toy fotoları

İranda əxlaq polisi tərəfindən həbsdə işgəncəyə məruz qalaraq dünya

arrow Ətraflı
İranlı ekspert Bakı sakinlərini "sürü" adlandırdı  FOTO like
  • 01 Okt 20:18  
Siyasət İranlı ekspert Bakı sakinlərini "sürü" adlandırdı FOTO

Hər zaman Azərbaycan əleyhinə yazıları ilə gündəmə gələn iranlı eks

arrow Ətraflı
Saakaşvilini buna görə cəzalandırırlar like
  • 01 Okt 20:12  
Siyasət Saakaşvilini buna görə cəzalandırırlar

Müasir Gürcüstan dövlətini yaratmaqla rusların imperialist arzusuna təhl

arrow Ətraflı
Britaniyada 50 mindən çox işçi like
  • 01 Okt 20:11  
Dünya Britaniyada 50 mindən çox işçi

Böyük Britaniyada 50 mindən çox işçinin iştirak etdiyi dəmiryolu tətili

arrow Ətraflı