Qripə qarşı ən yaxşı təbii vasitələr.


Digərləri 01 Okt 2022 19:01:00 112 0

Qripə qarşı ən yaxşı təbii vasitələr.

Mütəxəssislər qripin ilk simptomlarında güclü virus əleyhinə xüsusiyyətləri olan təbii vasitələrdən istifadə etməyi tövsiyə edirlər.

Bu vasitələr qripin gedişatını yüngülləşdirir, bir çox hallarda müxtəlif ağırlaşmaların qarşısını alır. Rusiyalı mütəxəssislər ən güclü belə vasitələri sadalayıblar.

Aloe vera

Saglamolun.az Rusiya KİV-lərinə istinadla bildirir ki, bu bitki immun sistemini gücləndirir, virusla mübarizə edir, qripin simptomlarını yüngülləşdirir. Aloe şirəsini eyni miqdarda balla qarışdırıb gündə 2-3 dəfə 1 x.q. olmaqla qəbul edin.

Sarımsaq

Güclü virus və mikrob əleyhinə tasirə malik olan sarımsaq qrip və soyuqdəymə zamanı ən effektli təbii vasitələrdəndir. Sarımsağı tez-tez salatlara əlavə edin. Həmçinin xüsusi sarımsaq suyu hazırlamaq olar. 5 diş sarımsağı blenderdən keçirin, üzərinə 1 stəkan isti (qaynar yox!) su tökün, su soyuyanda süzün, 1-2 x.q. bal əlavə edin. Dəmləməni gün ərzində hər dəfə 1-2 x.q. olmaqla için.

Zəncəfil