Ərdoğan Paşinyanla görüşəcəyini söylədi, Ermənistana


Siyasət 01 Okt 2022 19:13:00 109 0

Ərdoğan Paşinyanla görüşəcəyini söylədi, Ermənistana

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyanla oktyabrın əvvəlində Praqada görüşünün mümkün olduğunu bildirib.

Ərdoğan həmçinin, Ermənistanı barışıq fürsətindən "yaxşı istifadə etməyə" çağırıb.

Bundan əvvəl də Ərdoğan Paşinyanla Avropa Siyasi Birliyinin oktyabrın əvvəlində Praqada keçiriləcək sammitində görüşə biləcəyini bildirmişdi.

Qeyd edək ki, Avropa Siyasi Birliyinin liderləri oktyabrın 6-7-də Çexiyanın paytaxtı Praqada görüşəcək.

Sammitdə Avropa İttifaqının 27 üzvü ilə yanaşı, 17 ölkə də dəvət olunub.

Dəvət məktublarını Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel və Çexiyanın Baş naziri, Aİ-nin müddətli prezidenti Petr Fiala imzalayıblar.

Azərbaycan, Türkiyə, Albaniya, Ermənistan, Bosniya və Herseqovina, Gürcüstan, İslandiya, Kosovo, Lixtenşteyn, Moldova, Monteneqro, Şimali Makedoniya, Norveç, Serbiya, İsveçrə, Ukrayna və İngiltərə sammitə dəvət alıb.

Avropa Siyasi Birliyinin sammitini keçirmək ideyası Fransa prezidenti Emmanuel Makron tərəfindən irəli sürülüb.

İdeya siyasi dialoqu və əməkdaşlığı gücləndirməklə ümumi maraqları həll etmək, bununla da Avropada təhlükəsizliyi, sabitliyi və rifahı artırmaq məqsəd daşıyır.