Zelenski Yampolun azad edildiyini


Siyasət 01 Okt 2022 08:22:00 92 0

Zelenski Yampolun azad edildiyini

Ukrayna hərbçiləri Donetsk vilayətinin Kramatorsk rayonunun Limanski şəhər icmasında yerləşən şəhər tipli Yampol qəsəbəsini Rusiya hərbçilərindən azad edib.

Son.az "Report"a istinadən bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski çıxışında deyib.

Prezident Yampolun azad edilməsinə görə 214-cü əlahiddə atıcı batalyonunun, 103-cü əlahiddə müdafiə briqadasının hərbçilərinə təşəkkür edib.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bu il fevralın 21-də Ukraynanın inzibati sərhədləri daxilində qondarma "Donetsk" və "Luqansk" xalq respublikalarının müstəqilliyinin tanınması haqqında fərman imzalayıb.

2022-ci il fevralın 24-də V.Putin televiziya ilə çıxışında Ukraynanın şərqindəki Donbasda "xüsusi hərbi əməliyyatın" başladığını elan edib. Bundan sonra Rusiya-Ukrayna müharibəsi başlayıb.