İranAzərbaycan sərhədini pozan Əfqanıstan vətəndaşları saxlanıldı


Kriminal 30 Sen 2022 13:24:00 100 0

İranAzərbaycan sərhədini pozan Əfqanıstan vətəndaşları saxlanıldı

İran-Azərbaycan sərhədini pozan Əfqanıstan vətəndaşları saxlanılıb.

Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, sentyabr ayının 29-da saat 01:20-də Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin, Cəlilabad rayonunun Gülməmmədli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədini pozaraq İrandan Azərbaycan istiqamətində keçməyə cəhd edərkən 4 (dörd) nəfər Əfqanıstan vətəndaşları 1993-cü il təvəllüdlü Rəşidi Abdulmunir Abdulxayum, 2002-ci il təvəllüdlü Reza Aciqzey Muhammed, 2002-ci il təvəllüdlü Tur Emran Abdulsəməd və 2003-cü il təvəllüdlü Bəxtiyar Muhammedrəsulafqan Neqmuhammad saxlanılıblar.

Araşdırma zamanı saxlanılan şəxslərin dövlət sərhədini pozaraq İrandan Azərbaycana, daha sonra Rusiyaya keçməklə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olmaları müəyyən edilib.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.