Avtomobilin vurduğu məktəbli xəstəxanada ölüb


Digərləri 30 Sen 2022 07:09:00 101 0

Avtomobilin vurduğu məktəbli xəstəxanada ölüb

Şəmkir rayonunda avtomobilin vurduğu piyada müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Son.az "report"a istinadən bildirir ki, sentyabrın 28-də Könüllü kəndində avtomobilin vurduğu - 2009-cü il təvəllüdlü S.Əliyev müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, hadisə zamanı biri məktəbli olmaqla daha 2 piyada da xəsarət alıb. Onların müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.