Baydendən Rusiya haqda sərt açıqlama


Dünya 30 Sen 2022 08:04:00 84 0

Baydendən Rusiya haqda sərt açıqlama

ABŞ hakimiyyəti Ukraynanın Donetsk, Luqansk, Xerson vilayətində və Zaporojyedə azad edilmiş ərazilərində keçirilən "referendum"ları tanımayacaq.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden bildirb.

"ABŞ Rusiyanın Ukraynanın suveren ərazisinə iddialarını heç vaxt tanımayacaq. Bu qondarma referendumlar uydurma, mütləq saxtakarlıq idi. Onların nəticələri Moskvada uydurulub", - deyə o, ABŞ-Sakit okean adaları sammitindəki iclasda bildirilib.

O, həmçinin Ukraynadakı xüsusi əməliyyatı BMT Nizamnaməsinin və ölkələrin suverenliyi və ərazi bütövlüyünün fundamental prinsiplərinin kobud şəkildə pozulması kimi adlandırıb.