Trabzonda həyat yoldaşını öldürən azərbaycanlının cəzası bəlli oldu


Dünya 30 Sen 2022 08:20:00 114 0

Trabzonda həyat yoldaşını öldürən azərbaycanlının cəzası bəlli oldu

Türkiyənin Trabzon şəhərində həyat yoldaşını öldürən azərbaycanlının cəzası bəlli olub.

Son.az "qafqazinfo"ya istinadən xəbər verir ki, məhkəmənin qərarı ilə 34 yaşlı Elvin Umayev ömrünün 24 ilini həbsxanada keçirəcək.

Hadisə bu ilin aprel ayında baş verib. E.Umayev həyat yoldaşı, 38 yaşlı Turanə Umayevi tapança ilə başından vuraraq öldürüb.

Hadisəyə səbəb kimi E.Umayev bildirib ki, həyat yoldaşı onu uşaqları ilə görüşməyə imkan vermədiyindən bu addımı atmağa qərar verib.