Ermənistanın 1ci prezidentindən sensasion açıqlamalar:


Siyasət 27 Sen 2022 08:47:00 86 0

Ermənistanın 1ci prezidentindən sensasion açıqlamalar:

"Ermənistanı çətin və ağrılı qərarlar gözləyir, həm Azərbaycan, həm də Türkiyə ilə müqavilələr imzalamalı olacaq".

Bu xəbəri də oxu: Peru ordusunun komandanı

Musavat.com xəbər verir ki, bu fikri Ermənistanın ictimai televiziyasına müsahibəsində Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan deyib.

"Bu, heç kimə xoş gəlmir, lakin elə an gələcək ki, başqa seçim olmayacaq", - Ter-Petrosyan bildirib.

Son.az musavat.com-a istinadən bildirir ki, onun daha sonrakı açıqlamalarını bu cür sıralamaq olar:

...Alternativ yoxdur. Əgər sənəd imzalanmasa, bu iki qonşu ilə sülh bağlanmasa, biz artıq Sovet İttifaqının 70 illik reallıqlarını bərpa edə bilmərik. Biz yenidən dövlət qurmalıyıq;

● "O qədər taleyüklü vəziyyətdəyik ki, hamı əvvəlki bütün fikir ayrılıqlarını bir kənara qoymalıdır.

● Bizi çətin qərarlar gözləyir: Ya Azərbaycanla, yaxud da Türkiyə ilə müqavilələr imzalanmalıdır. Buna məcburuq!

● Müxalifət hesab edir ki, Paşinyanı hakimiyyətdən kənarlaşdırmaqla ağrılı qərarların qarşısını almaq olar. Bu, sadəlövhlükdür. Kim gəlsə, daha pis sənədə imza atacaq. Onların Ermənistandan nə istədiklərini anlamaq və daha ağrısız həll yolunu seçmək lazımdır. Bunu isə yalnız Paşinyanla danışmaqla başa düşmək olar, çünki o, tam məlumatı olan yeganə şəxsdir. Üstəlik, Paşinyan da sənədi imzalamaqdan qorxur, çünki nəyə imza atsa da, onu "satqın" adlandıracaqlar. Bu yolla biz də Paşinyana əlimizi uzadırıq, bu müqavilələrin imzalanmasının məsuliyyətini öz üzərimizə götürürük. Mən də öz növbəmdə bu məsuliyyətə hazıram. Digərləri, bilmirəm, görünür, hazır deyildilər, ona görə də təxirə saldılar. Uğur qazanmaq üçün bütün tərəflərdən mütləq səmimiyyət tələb olunur. Bütün ambisiyalardan bir kənara atmaq lazımdır;

● Bəli, bu, kapitulyasiyadır. Şərait buna gətirib çıxardı. Heç bir faciə yoxdur, daha güclü dövlətlər bundan keçib;

● Əgər bu gün az-çox razılaşmalar əldə etmək mümkündürsə, daxili iğtişaşların davam edəcəyi, hər kəsin özünü Ermənistanın növbəti prezidenti kimi hiss edəcəyi təqdirdə proses daha da çətinləşəcək. Belə vəziyyətdə Türkiyə və Azərbaycanın tələbləri daha da artacaq. Əgər biz daha yarım il də belə davam etsək, ölkəmiz olmayacaq;

● Rusiya ilə münasibətlər daha yaxşı, indikindən xeyli konstruktiv olardı, əgər yeni reallıq olmasaydı. İndi hər şey qarışıb, Rusiya-Ukrayna müharibəsini nəzərdə tuturam. İndi bizim üçün daha təhlükəli vəziyyət yaranıb, o mənada ki, Rusiya Federasiyasının hər zaman bizim üçün bu regionda xüsusi rolu olub və əvvəllər onu həmişə yerinə yetirib;

● "Artsax" məsələsi artıq həll olunub: mən insanların ümidini kəsmək istəmirəm, amma indi Ermənistan "Artsax"da aktyor deyil. "Artsax" məsələsinin həllinin açarı bu müharibədən əvvəl Rusiyanın əlində idi, indi isə onun özünün çoxlu problemləri var. Mümkündür ki, indi bu açar haralardasa İtib. İndi Rusiyadan nə gözləmək olar?

Böyrək polikistozu like
  • 27 Sen 08:46  
Digərləri Böyrək polikistozu

Böyrək polikistozu böyrək toxumasının çoxlu miqdarda müxtəlif ölçül

arrow Ətraflı
İkili vətəndaşlığı olan ruslar Estoniyaya like
  • 27 Sen 08:44  
Dünya İkili vətəndaşlığı olan ruslar Estoniyaya

Estoniya digər vətəndaşlığı Rusiya olan şəxslərin ölkəyə daxil olma

arrow Ətraflı
"Türk Hava Yolları" uçuşlara qadağanl uzatdı like
  • 27 Sen 08:43  
Dünya "Türk Hava Yolları" uçuşlara qadağanl uzatdı

Türk Hava Yolları (THY) Rusiyanın bir sıra şəhərləri, Ukrayna və Belaru

arrow Ətraflı
Azərbaycanda pul kütləsində like
  • 27 Sen 08:27  
Digərləri Azərbaycanda pul kütləsində

2022-ci ilin avuqstuna Azərbaycanda pul kütləsi 2021-ci ilin eyni dövrü il

arrow Ətraflı
Pollinoz və ya mövsümi allergiya like
  • 27 Sen 08:25  
Digərləri Pollinoz və ya mövsümi allergiya

Latınca pollen - tozcuq deməkdir. Pollinoz geniş yayılmış allergik xəstə

arrow Ətraflı
Britaniyada yeni pulların dövriyyəyə buraxılacağı like
  • 27 Sen 08:24  
Dünya Britaniyada yeni pulların dövriyyəyə buraxılacağı

Böyük Britaniyada yeni kralın təsviri olan pulların dövriyyəyə buraxıla

arrow Ətraflı
Bu ölkə Məhsa Əminin ölümünə görə məsuliyyət daşıyanlara like
  • 27 Sen 08:22  
Dünya Bu ölkə Məhsa Əminin ölümünə görə məsuliyyət daşıyanlara

Kanada Məhsa Əminin ölümünə görə məsuliyyət daşıyan şəxslərə və

arrow Ətraflı
Aqoniya nədir? like
  • 27 Sen 08:21  
Digərləri Aqoniya nədir?

Aqoniya terminal fasilə ilə kliniki ölüm arasında olan mərhələdir. Aqoni

arrow Ətraflı
Zelenski bir nömrəli hədəfi like
  • 27 Sen 08:20  
Siyasət Zelenski bir nömrəli hədəfi

"Bu gün Ukrayna Silahlı Qüvvələrinin bir nömrəli hədəfi Donetsk vi

arrow Ətraflı
Qarabağın açarı Rusiyada idi, o da itirdi... like
  • 27 Sen 08:17  
Siyasət Qarabağın açarı Rusiyada idi, o da itirdi...

Qarabağ məsələsi artıq həll edilib.

arrow Ətraflı
Baş qaşınmasının səbəbləri like
  • 27 Sen 08:15  
Digərləri Baş qaşınmasının səbəbləri

Başın qaşınmasına səbəb tük diblərində olan müxtəlif problemlərdir.

arrow Ətraflı
Ukrayna ordusu Xersonda 4 silah anbarını like
  • 27 Sen 08:14  
Siyasət Ukrayna ordusu Xersonda 4 silah anbarını

Ukrayna ordusu Xersonda 4 silah anbarını və 4 toplanma məntəqəsini məhv e

arrow Ətraflı
"İan" qasırğası like
  • 27 Sen 08:13  
Dünya "İan" qasırğası

"İan" qasırğası Karib dənizində Saffir-Simpson şkalası üzrə

arrow Ətraflı
Bakıda görmə qüsurlu şəxsi və ona kömək edəni avtomobil vurub, like
  • 27 Sen 08:12  
Digərləri Bakıda görmə qüsurlu şəxsi və ona kömək edəni avtomobil vurub,

Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb.

arrow Ətraflı
Türkiyədə PKKçıların hücumu: 1 polis ölüb, daha 1i yaralanıb, like
  • 27 Sen 07:55  
Siyasət Türkiyədə PKKçıların hücumu: 1 polis ölüb, daha 1i yaralanıb,

Türkiyənin Mersin şəhərinin Mezitli rayonunda qadın terrorçuların polis

arrow Ətraflı