"İan" qasırğası


Dünya 27 Sen 2022 08:13:00 120 0

"İan" qasırğası

"İan" qasırğası Karib dənizində Saffir-Simpson şkalası üzrə ikinci kateqoriyaya qədər güclənib.

Son.az Trend-ə istinadən bildirir ki, ABŞ-ın Qasırğalara Nəzarət üzrə Milli Mərkəzindən bildirilib.

Hazırda qasırğanın daxilində küləyin sürəti 43 m/s-dir. "İan" Kubanın ifrat qərb nöqtəsindən 250 km cənub-şərqdədir və 20 km/saat sürətlə şimal-qərbə doğru irəliləyir.

Mərkəzin məlumatına görə, Kubanın Huventud adası, Pinar-del-Rio və Artemida əyalətləri üçün fırtına xəbərdarlığı edilib.