Orqanizmin qeyrispesifik mühafizə amilləri


Digərləri 27 Sen 2022 07:11:00 92 0

Orqanizmin qeyrispesifik mühafizə amilləri

Orqanizmin yoluxucu xəstəliklərdən qorunmasında iştirak edən qeyri-spesifik mühafizə amilərinə aşağıdakılar aiddir: - Bədən temperaturu. Yüksək temperatur bir sıra mikroorqanizmlərə öldürücü təsir göstərir. Quşların bədən temperaturu məməlilərə nisbətən yüksək olduğuna görə onlar qarayara xəstəliyinə tutulmurlar. Lakin süni surətdə soyudulmuş göyərçinlərdə qarayara xəstəliyinin törədicilərinə qarşı həssaslıq yaranır. - Toxumalarda oksigenin miqdarı. Mühitdə oksigenin miqdarı kifayət qədər olduqda anareob mikroorqanizmlərin inkişafı və çoxalması ləngiyir. Tetanus və qazlı qanqrena xəstəliyinin törədiciləri yalnız anaerob şəraitdə çoxalır. - Hidrogen ionlarının qatılığı. Normal infeksion amillərə nisbətən çox təmasda olan sahələrində hidrogen ionlarının qatılığı kifayət qədər yüksək olur.