Sərxoş piyadanı avtomobil vurub


Digərləri 26 Sen 2022 23:57:00 1229 0

Sərxoş piyadanı avtomobil vurub

Göygöldə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Aşıqlı kəndində qeydə alınıb.

Hərəkətdə olan avtomobil yolu keçmək istəyən 1973-cü il təvəllüdlü Mahir Həsənovu vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə M.Həsənov hadisə vaxtı sərxoş olub. Faktla bağlı araşdırma aparılır.