Rusiya raket qoşunlarının rəisi Ukraynada öldürüldü


Dünya 26 Sen 2022 21:59:00 107 0

Rusiya raket qoşunlarının rəisi Ukraynada öldürüldü

Ukraynada daha bir yüksəkrütbəli rus zabiti öldürülüb.

Son.az "qafqazinfo"ya istinadən xəbər verir ki, söhbət Rusiya Silahlı Qüvvələrinin 35-ci birləşmiş ordusunun (62825 saylı hərbi hissə) raket qoşunları artilleriyasının rəisi, polkovnik Boris Totikovdan gedir.

Sentyabrın 25-də Ryazanda zabitlə vida mərasimi keçirilib.

Rusiya mənbələrinin məlumatına görə, Ukrayna Silahlı Qüvvələri Xarkova əks-hücumdan əvvəl zabitin olduğu qərargahı HİMARS raketləri ilə vurub.