Bakıda köhnə binalardan mənzil alanların sayı artıb VIDEO


Digərləri 26 Sen 2022 18:44:00 138 0

Bakıda köhnə binalardan mənzil alanların sayı artıb  VIDEO

Kirayə mənzil bazarında bahalaşmanın həddindən artıq olması şəhərin mərkəzində bir və iki otaqlı mənzillərə marağı artırıb.

Xezerxeber.az-ın məlumatına görə, mövzu ilə bağlı danışan əmlak məsələləri üzrə ekspert Nofəl Quliyev deyib ki, xüsusən də Bakının mərkəzindən kənarda olanlar 4-5 otaqlı evlərini satıb şəhərin mərkəzində köhnə tikli olan 3 və 5 mərtəbəli binalaradan ev alamağa üstünlük verirlər.

Son.az Xəzər Xəbər-ə istinadən xəbər verir ki,ekspert deyib ki, köhnə binalardan ev almaq istəyənlər təxminən 10-15 faiz artıb.

Onun sözlərinə görə, köhnə tikili bir və iki otaqlı evlər ən çox Nəsimi, Səbail və Nərimanov rayonu ərazisində satılır.

Rieltor Həşim Qədirov da deyb ki, bu günlərdə kirayə mənzillərə tələb çox, təkilif isə az olduğu üçün bəzi iş adamları köhnə mənzilləri alıb kirayə bazarına çıxarırlar.

Köhnə tikli binalardakı mənzillərə marağın çox olması qiymətlərə də təsir edib.