Yeni GTAnın hazırlanmasına rekord məbləğdə pul


Digərləri 26 Sen 2022 18:28:00 121 0

Yeni GTAnın hazırlanmasına rekord məbləğdə pul

"Rockstar Games" "Grand Theft Auto VI" oyununun hazırlanmasına təxminən iki milyard dollar xərcləyib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə adıçəkilən oyun studiyasınının kompüterlərini "sındıran" hakerlər qrupu məlumat yayıb.

Deyilənlərin təsdiqi olaraq, iddianın müəllifi haker forumlarından birində şirkət əməkdaşlarının yazışmalarını göstərən skrinşotları dərc edib.

Mesajlardan belə çıxır ki, GTA VI-nın şərti adı "Amerika"dır və layihənin işlənməsinə hələ 2016-cı ildən başlanılıb.