“Məni heç kimlə bölüşmürdü, hər kəsə qısqanırdı”


Şou-biznes 26 Sen 2022 15:48:00 112 0

“Məni heç kimlə bölüşmürdü, hər kəsə qısqanırdı”

"Həyatın acısı da var, şirini də. Ağladan günləri də var, güldürən günləri də. Bu həyatda hamımız qonağıq, hamımız gedəcəyik, amma istəmirəm ki, kiməsə vaxtsız ölüm qismət olsun. O qədər cavan şəhidlərimiz, cavan uşaqlar rəhmətə getdi, ötən il cavan oğlanlar, xanımlar xəstələndi, əziyyət çəkdi. Hamısına da baxdım ki, cavandır. İstəmirəm kiminsə həyatında belə dərd olsun".

Son.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında tanınmış müğənni Aynur Dadaşova deyib. O, daha sonra əlavə edib.

"Ən çox darıxdığım anlarda gəlib bacımın məzarının yanında oturub, təsəlli tapıram. Bacımın ölüm xəbərini eşidəndə özümdə olmadım. Hər gün yanımda olurdu, yeməyimiz, gəzməyimiz bir idi. Heç vaxt məni darıxmağa, ağlamağa, sıxılmağa qoymurdu. Böyük təsəlli verirdi mənə. Heç kimlə məni bölüşmürdü, hər kəsə qısqanırdı. Hər zaman balası üçün fikir edirdi, deyirdi ki, "mən ölsəm balam necə olacaq?". Bütün vəsiyyətini də etmişdi. Sağlığında nəyi necə istəmişdisə elə də qisməti oldu. Deyirdi ki, işıqlı yerdə dəfn olunmaq istəyirəm. Gecə saatlarında da məzarı başına gələndə elə bilirəm ki, günün günorta çağıdır" deyə müğənni bildirib.

Sənətçi illər öncə meyxana ifaçıları ilə duet oxuduğu üçün qınandığını da bildirib.