Qəbələ RLSdə faciəvi hadisə


Digərləri 26 Sen 2022 14:40:00 111 0

Qəbələ RLSdə faciəvi hadisə

Qəbələ Radiolokasiya Stansiyasında ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Son.az "Qafqazinfo"ya istinadən bildirir ki, rayonun Soltannuxa kəndində yerləşən hərbi təyinatlı obyektdə mühzafizəçi, 1981-ci il təvəllüdlü Sərvan Hüsyen oğlu Balasoltanovu cərəyan vurub. O, hadisə yerində vəfat edib.

Ölən şəxsin Qəbələ Rayon Mühafizə Şöbəsinin mülki işçisi olduğu bildirilir.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Son.az