Sərhəddimizə qoşun toplanır Ermənistan növbəti


Siyasət 26 Sen 2022 13:57:00 101 0

Sərhəddimizə qoşun toplanır  Ermənistan növbəti

"Dövlət sərhəddində olan 12-13 sentyabr döyüşlərindən sonra Göyçə ərazisində Araz çayına qədər bütün dövlət sərhəddi boyu nəzarətə aldığımız strateji və operativ əhəmiyyətli bütün yüksəkliklər, postlar ona şərait yaradır ki, biz düşmənin texnikasını yalnız dövlət sərhəddinə topladığı an deyil, ondan əvvəl də dərinlikdə hərəkət edəndə müşahidə edək".

Bunu Son.az-a açıqlamasında hərbi ekspert Heydər Mirzə deyib.

O bildirib ki, Ermənistan revanş almaq üçün imkan axtarır:

"Əminəm ki, erməni tərəfindəki bu hərəkətlilik ordu komandanlığına məlumdur. Çünki sosial mediada yayılmasa da, artıq biz bu yeni postlardan onları görürük. 

Düşünmürəm ki, erməni tərəfinin sərhəd istiqamətində hərbi texnika toplaması 44 günlük müharibənin ildönümü ərəfəsində hansısa revanş cəhdi ilə bağlıdır. Çünki bunun iki səbəbi var:

⚫️Zatən Ermənistanın revanş cəhdləri dayanmır. Sonuncu döyüşdən sonra bu, bir az səngiyib. Amma biz tam da deyə bilmərik ki, vəziyyət sakitləşib, biz sülh müqaviləsinin imzalanmasına doğru gedirik və s. Bilirsiniz ki, ABŞ Konqresinin sədri Nensi Pelosinin Ermənistana gəlişi qarşı tərəfə hansısa müəyyən ümidlər verir və ümumiyyətlə regionda qlobal olaraq vəziyyət qeyri-sabitdir. 

Qarşı tərəf öz revanş cəhdlərini davam etdirəcək. Lap biz sosial mediada, yaxud postlardan bu müşahidəni etməsəydik belə Ermənistan revanş almaq üçün imkan arayacaqdı.

Sözüm ondadır ki, ermənilərin sərhəddəki son hərəkətliliyi İkinci Qarabağ müharibəsinin ildönümü ilə bağlı deyil. Bu, daimi bir prosesdir və bu gərginlik davam edəcək. 

⚫️ Eyni zamanda nəzərə almalıyıq ki, axırıncı döyüşlərdə düşmənin rəsmi məlumatlara görə, 200-dən çox ölü və 300-ə yaxın yaralısı var. Sosial şəbəkələrdə olan məlumatlara görə isə Ermənistan 400 nəfər hərbçisini itirib, külli miqdarda texnikası məhv edilib, strateji və operativ təyinatlı texnika - Hava Hücumundan Müdafiə Sistemlərinin radarları, Zenit Raket Kompleksləri, Radioelektron Mübarizə Qurğuları və s. tamamilə dağıdılıb. Bu texnikaların əvəzlənməsi, yenisi ilə əvəz edilməsi üçün də düşmən tərəfdə müəyyən hərəkətlilik nəzərə çarpa bilər.

Hər halda bunun səbəbi hər nədirsə, əminəm ki, bizim Ordu Komandanlığımız ayıq-sayıqdır və yeni mövqelərdə bizim yerlərimiz möhkəmləndirilib və hər nə baş verərsə, ondan artıq - necə ki, axırıncı dəfə düşmən təxribata cəhd etdi və ondan qat-qat artıq miqyası ilə cavabını aldı, ərazilər əlindən çıxdı, canlı qüvvə və texnika itirdi, - bu dəfə də cavabını alacaq. 

Son olaraq da onu qeyd edim ki, baxın, təxminən 10 gün bundan qabaq intensiv döyüşlər baş verdi. Lakin aranın səngiməsinə baxmayaraq 2-3 gün bundan qabaq - sentyabrın 22 və 23-də yeni təxribatlara cəhd baş verdi. Hətta Müdafiə Nazirliyi rəsmi məlumat yaydı ki, 3 əsgərimiz yarlanıb. Bu da növbəti faktdır ki, erməni təxribatları davam edir. Ona görə də konkret olaraq ermənilərin sərhəddəki aktivliyini bu tarixlə (Vətən müharibəsinin ildönümü - 27 sentyabr) bağlamazdım. Hesab ediərm ki, bu, daimi gərginliyin fonunda baş verən prosesdir". 

Qeyd edək ki, Ermənilərin Zəngəzur bölgəsində aktivliyi müşahidə edilir. Sosial medianın erməni seqmentində yayılan məlumatlara görə, Ermənistan silahlı qüvvələri Zəngəzur istiqamətində hərbi texnika toplayır.

Təhməz Əsədov Son.az