"Ölkənin cənubunda Rusiyanın 5 silahsursat anbarı dağıdılıb"


Dünya 26 Sen 2022 12:38:00 127 0

"Ölkənin cənubunda Rusiyanın 5 silahsursat anbarı dağıdılıb"

Son sutka ərzində Ukraynanın cənubunda Rusiya ordusunun 5 silah-sursat anbarı dağıdılıb.

Son.az "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin "Cənub" Əməliyyat Komandanlığı məlumat verib.

Qeyd olunub ki, həmçinin Rusiya ordusunun 43 hərbçisi, 3 tankı məhv edilib:

"Son sutkada, həmçinin Xersona vilayətində qarşı tərəfin 1 Su-25 hücum təyyarəsi vurulub".

Bundan başqa, Ukrayna Hərbi Hava Qüvvələri Nikolayev və Odessa vilayətlərində Rusiya Ordusunun 2 Şahed-136 kamikadze pilotsuz təyyarəsini məhv edib.