Van Dammın gəlini FALÇIYA GEDİR?


Şou-biznes 26 Sen 2022 12:27:00 108 0

Van Dammın gəlini FALÇIYA GEDİR?

Dünya şöhrətli Hollivud aktyoru Jan Klod Van Dammın oğlu Kristoferin pianoçu həyat yoldaşı Suada Hacızadə paylaşımı ilə müzakirə obyektinə çevrilib.  

Son.az bizim media-ya istinadən xəbər verir ki, sosial şəbəkə hesabında izləyiciləri ilə "sual-cavab" edən musiqiçi falçılardan söz açıb. İzləyicisinin "Falçıya getmisiniz?" sualına Suadanın cavabı belə olub:   "Mənə falçı heç zaman lazım olmayıb və lazım da deyil. Öz enerji gücümlə, fikirlərim ilə gələcəyimin necə olacağını özüm qururam. Yuxularım ilə də bilirəm... Və kiminsə həyatımda nə olacağı barəsində hekayə kimi danışıb, qorxudub, pul qopartması həqiqətən lazım deyil və ümumiyyətlə qara magiyadan uzaq durun".   Qeyd edək ki, Jan Klod Van Damm Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq əməkdaşı, polkovnik Elxan Hacızadə ilə quda olub. Kristofer-Suada cütlüyü ötən ilin iyununda Azərbaycanın Türkiyədəki baş konsulluğunda doğmalarının iştirakı ilə baş tutan nikah mərasimində ailə həyatı qurub.