Avtomobili aşıran sürücü


Digərləri 26 Sen 2022 07:07:00 113 0

Avtomobili aşıran sürücü

Sabirabadda baş verən qəzada sürücü ağır yaralanıb.

Son.az APA-ya istinadən bildirir ki, hadisə Hacıqabul-Horadiz magistralının Sabirabad rayonunun Şəhriyar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Sabirabad rayonunun Nərimankənd kənd sakini, 1973-cü il təvəllüdlü Cəfərov Ağabala Bəybala oğlu idarə etdiyi "Naz Lifan" markalı avtomobili sərt döngədə aşırıb.

Nəticədə sürücü ağır kəllə-beyin travması ilə Şirvan Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.