Ukrayna ABŞdan NASAMS hava hücumundan müdafiə sistemləri alıb


Dünya 26 Sen 2022 07:41:00 99 0

Ukrayna ABŞdan NASAMS hava hücumundan müdafiə sistemləri alıb

Ukrayna Amerikanın NASAMS hava hücumundan müdafiə sistemlərini alıb.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə ölkə başçısı Vladimir Zelenski CBS telekanalına müsahibəsində bildirib.

"ABŞ-ın liderlik nümayiş etdirməsinə və hava hücumundan müdafiə sistemlərini Ukraynaya ötürməsinə tamamilə ehtiyacımız var. Artıq NASAMS-ı aldıq. Buna görə, prezident Baydenə və Konqresə təşəkkür etmək istəyirəm", - deyə Zelenski bildirib.

Bununla belə, Ukrayna prezidenti vurğulayıb ki, bu sistemlərin sayı mülki infrastrukturu, məktəbləri, xəstəxanaları, universitetləri və ukraynalıların öz evlərini Rusiyanın zərbələrindən qorumaq üçün kifayət etməyəcək.