Günün qoroskopu: Görüləsi işlərin miqyası sizi çəkindirməsin


Digərləri 26 Sen 2022 00:01:00 124 0

Günün qoroskopu: Görüləsi işlərin miqyası sizi çəkindirməsin

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - günün ilk yarısında ciddi, yaddaqalan hadisə olmayacaq. Səy göstərin, qətiyyətli olun, iradəli davranın. Təxəyyülünüz zəngin olmalıdır. Yeni yaranacaq ideyalarınıza yaxın ətrafınızdakı insanlar həsəd apara bilərlər.

İndiyədək işlərin çoxluğu səbəbindən başlaya bilmədiyiniz layihəni reallaşdırmaq olar.

Günün ikinci yarısında uğur şansınız artacaq. Dil tapdığınız və əməkdaşlıq etdiyiniz insanlarla tərəfdaşlığı davam etdirin. Yeni tanışlarla ünsiyyətdə çətinlik asan olmayacaq. Səbrli olun, təmkinli və soyuqqanlı davranın.

Çoxdan bəri eşitmək istədiyiniz sözləri sizə deyəcəklər.

Buğa - günün ilk yarısında önəmli və mühüm işlərin baş vermədiyini düşünə bilərsiniz. Belə deyil, irəliləyişlər olacaq. Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün qətiyyətli olun. Əsas məsələ seçilmiş yoldan çıxmamaq, yaxın ətrafınızdakı insanların dediklərini qulaqardına vurmaqdır. Diqqət və səlist icranı tələb edən işlərlə məşğul ola bilərsiniz.

Günün ikinci yarısında mürəkkəb layihənin icrasına start verin. Köhnə dostlar, tanışlar üçün münasib zamandır. Müsbət və mənfi yönlərinə bələd olduğunuz insanlarla çalışın. Dəvət aldığınız yerə yollananda unutmayın ki, zahiri görünüşünüz qüsursuz olmalıdır.

Əkizlər - günün ilk yarısında kiçik problemlər sizi narahat edə bilər. Anlaşılmazlıqlar, ixtilaflar sizi ruhdan salmasın. Adi günlərdə diqqət yetirməyəcəyiniz məqamlar indi ciddi çətinliklərə çevriləcək.

Son vaxtlar sizi narahat edən problemi indi həll etmək ola bilər.

Günün ikinci yarısında müsbət təmayüllərin təsiri artacaq. Bədbinliyə qapılmayın, nikbin olun. Son günlərin xoşagəlməz hadisələrini bir daha yada salmayın. Pozitiv olmaq üçün səylər göstərin. Axşam saatlarında idmanla məşğul ola bilərsiniz. Yaxınlarınızın qeydinə qalın.

Xərçəng - günün ilk yarısı peşəkar fəaliyyət baxımından əlverişlidir. Xoş sürprizlər və maraqlı görüşlər olacaq. Həyat sizi sevindirəcək. Yaxın ətrafınızdakı insanlar sizə nikbinlik üçün səbəblər vəd edir. Olaylara belə pozitiv münasibəti olmayan insanlar sizə can atırlar.

Günün ikinci yarısında yaxınlarınızın qayğısına qalın. Dəyər verdiyiniz insanlarla təmaslarda həsas olun.

Yaxın gələcəklə bağlı planların hazırlanması və düşüncələr üçün münasib zamandır. Plan qurmaqla yanaşı, arzulamaq zamanıdır. Hər iki məşğuliyyət maraqlıdır.

İşdə rəhbərlik və həmkarlarla söhbətdə maraqlı ideyalar yarana bilər. Axşam saatlarını özünüzə həsr edin.

Şir - illüziyalara qapılmayın. Hadisələri real dəyərləndirin. Mühüm işdə uğurun uzaqda olmadığını düşünsəniz də, belə deyil. Çalışmalı, zəhmət çəkməli olacaqsınız. Görüləsi işlərlə nə qədər tez məşğul olsanız, o qədər yaxşıdır. Yaxın ətrafınızdakı insanları olduqlarından artıq dəyərləndirməyin.

Bu insanlarda yalnız yaxşı cəhətləri görməyin. Başqasının zəifliklərinin qurbanı olmayın.

Günün ikinci yarısı maliyyə məsələlərinin həlli baxımından əlverişlidir. Nəzərdə tutduğunuz əyləncə, istirahət və alış-verişi təxirə salmaq olar.

Axşam saatları məlumatların artırılması, təcrübənin zənginləşdirilməsi üçün münasibdir.

Qız - bəzi işlər planlaşdırdığınız təki alınmazsa, ruhdan düşməyin, bədbinliyə qapılmayın. Sədlər və maneələri dəf etmək olar. Yaranan problemlərin həlli sizə zəngin təcrübə qazandıracaq. Qayğıkeş, səmimi olun. Yaxın ətrafınızdakı insanların problemlərindən hali olmağa çalışın. Yeni tanışlıqlar istisna deyil.

Günün ikinci yarısında romantik münasibətlər istisna deyil. Belə münasibətlər müsbət emosiyalarla yanaşı, problemlər də vəd edir.

Axşam saatları aktiv istirahət, gəzinti, səfər üçün əlverişlidir. Əsas məsələ budur ki, işsiz oturmayın. Tənbəllik və süstlük sizi ruhdan sala bilər. Alış-verişdə bədxərclik etməyin.

Tərəzi - xoşagəlməz situasiya və problemlər istisna deyil. Saatlar keçdikcə çətinliklərin öhdəsindən gələcəksiniz. İşlərin bəzisi alınmazsa, özünüzü suçlamayın. Problem sizin səhvlərinizdə yox, birmənalı olmayan situasiyadadır. Durumdan maraqlarınız üçün istifadə edə bilərsiniz. Əsas məsələ vəziyyətdən yararlanmağınızdır.