Cadugərə müraciət edən dinə küfr etmiş olur


Digərləri 25 Sen 2022 23:10:00 137 0

Cadugərə müraciət edən dinə küfr etmiş olur

Hədislərimizin nəzərinə görə, sehrbazlar və cadugərlər heç bir zaman behiştə daxil ola bilməyəcəklər.

Belə ki, Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: "Üç dəstə behiştə daxil olmayacaqdır: daima şərab içən, o kəslərin ki, peşəsi sehrbazlıqdır və o kəslər ki, qohumluq əlaqəsini kəsiblər".

İmam Sadiqdən (ə) gələn hədisdə oxuyuruq: "Kahin (qeybdən xəbər verən), münafiq, daima şərab içən, söz gəzdirən behiştə daxil olmayacaqlar".

Bəli, sehr və cadu kəbirə günahlardan hesab olunur və ona görə tövbə etmək lazımdır. Necə ki, Firon ilə Musanın (ə) əhvalatında sehrbazlar tövbə etmişdilər.

"Həqiqətən biz Öz Rəbbimizə iman gətirdik ki, günahlarımızı (şirk etiqadımızı və əməldəki günahlarımızı) və sənin bizi vadar etdiyin sehri bağışlasın. Allah daha yaxşı və əbədidir". ("Taha" 73).

Bunu qeyd etmək lazımdır ki, sehrbaza müraciət edənin günahı heç də sehrbazın günahından az deyildir. Çünki əgər sehrbaza müraciət edən olmasa, sehr etməyə ehtiyac qalmaz.