Ana bətnində uşağı məhv edənlərə Allahın dörd vədi


Digərləri 25 Sen 2022 23:20:00 132 0

Ana bətnində uşağı məhv edənlərə Allahın dörd vədi

Müasir həyat bir tərəfdən bizi irəli aparır və bir tərəfdən də həyatımıza olan mənfi təsirlərini müşahidə edə bilərik. Əxlaqdan, rəftardan, həyat tərzindən tutmuş, hər bir şey müasir dövrün təsiri altına düşmüşdür.

O biri tərəfdən isə texnikanın inkişaf etməsi həyatımıza rahatlıq gətirir. Ancaq bütün bu tərəqqiyə baxmayaraq müasir insan hələ də cahildir və hələ də kamil rəftar və əxlaqa malik deyildir.

Müasir dövrün cahil təfəkküründən biri də körpələrin siqt edilməsidir (ana bətnində məhv edilməsidir). Halbuki, Allah Təala Quran vasitəsilə cahil ərəblərə uşaqlarını istər ana bətnində olsun, istərsə də doğulmuş olsun - öldürməməyi əmr etmişdir. Bunu cinayət adlandırmışdır.

Körpələrin siqt edilməsinin səbəbi nədir? Quran bu haqda da bizə yardım edir və lazımlı məlumat verir:

1. Ailə iqtisadiyyatından qorxuya görə.

2. Övladın iqtisadi məsələsindən qorxuya görə.

3. Övladın gələcək iqtisadi qorxusuna görə.

4. Övladın aqibətinin xeyirli olmaq qorxusuna görə.

Quran ayələrindən belə nəticəyə gəlmək olar ki, insan bu sahədə Allahdan çox şeytana itaət edir.

"Şeytan (hər dəfə mallarınızı Allah yolunda xərclədiyiniz zaman) sizə yoxsulluq vəd edir və (xəsislik və sairə kimi) pis işləri əmr edir. Allah isə sizə Öz tərəfindən bağışlanmaq və xeyir-bərəkət vədəsi verir. Allah geniş (vücud, qüdrət və rəhmət sahibi) və (hər şeyi) biləndir". ("Bəqərə" 268).

Allah Təala birinci səbəbə görə belə cavab verir:

Əgər sizin övladınızı siqt etməkdə məqsədiniz ailənizin iqtisadi qorxusudursa, Mən zəmanət verirəm ki, sizin iqtisadi vəziyyətiniz əvvəlkindən yaxşı olacaqdır.

"Həmçinin Allahın möhtərəm saydığı və öldürülməsini haram buyurduğu canı - (qisas, şəriətin müəyyənləşdirdiyi cəza hədlərinin icrası və ya müdafiə məqsədli) haqq (öldürmələr) istisna olmaqla - öldürməyin". ("Ənam" 151).

Allahın ikinci səbəbə görə cavabı:

Əgər sizin övladınızı öldürməkdə məqsədiniz övladınızın iqtisadi ehtiyaclarını ödəməmək qorxusudursa, indi ki, özünüzün və həyat yoldaşınızın ehtiyaclarını təmin edə bilirsiniz, ancaq körpə bir uşağın ehtiyaclarını təmin edə bilməyəcəksiniz? Mən zəmanət verirəm ki, övladınızın iqtisadi ehtiyacı da təmin ediləcəkdir.