RəsuliƏkrəmin (s) üzüyü necə idi? Üzərində hansı sözlər yazılmışdı?


Digərləri 25 Sen 2022 22:10:00 107 0

RəsuliƏkrəmin (s) üzüyü necə idi? Üzərində hansı sözlər yazılmışdı?

Üzük taxmaq - Peyğəmbər (s) və Məsum İmamların (ə) sünnətindəndir. Belə sual verilir ki, Həzrətin (s) üzüyünün cinsi nədən idi və üzərindəki qaşda hansı sözlər həkk olmuşdur?

Birinci sualın, yəni üzüyün cinsinin nədən olduğu ilə bağlı nəql edilir:

1. Qırmızı əqiqdən. Nəql edilir ki, Peyğəmbərin (s) nübuvvət xəbəri Həbəşənin padşahı Nəccaşinin qulağına çatanda deyir ki, mən gərək onu imtahana çəkim.

Peyğəmbər (s) üçün bahalı hədiyyələr göndərir ki, onların içində yaqut və əqiq də var idi. Bu hədiyyələr Həzrətə (s) çatan zaman, onları səhabələri arasında bölüşdürür. Özünə isə ancaq qırmızı əqiqi götürür.

2. Gümüşdən. Nəql edilir: "Peyğəmbər (s) gümüşdən olan üzüyü əlində qərar vermişdi".

İbni Abbas nəql edir: "Peyğəmbər (s) əcəmilər üçün məktub yazmaq istəyəndə bir nəfər dedi: "Ey Allahın Peyğəmbəri! Onlar möhürü olmayan məktubu qəbul etmirlər".

Ona görə də Peyğəmbər (s) göstəriş verir ki, onun üçün dəmirdən bir üzük düzəltsinlər və onu əlinə taxır. Cəbrayil (ə) nazil olub buyurur: "Onu barmağından çıxart".

Həzrət (s) də çıxardır. Sonra göstəriş verir ki, onun üçün başqa üzük düzəltsinlər. Bu dəfə misdən üzük düzəldirlər və onu da əlinə taxır. Cəbrayil (ə) yenə gəlir və buyurur: "Onu da barmağından çıxart".

Peyğəmbər (s) onu da çıxardır. Sonra göstəriş verir ki, ona gümüşdən üzük düzəltsinlər. O zaman ki, üzüyü Həzrətin yanına gətirirlər, Həzrət (s) onu barmağına taxır. Cəbrayil (ə) onu dəyişdirmir".

3. Gümüşlə örtülmüş dəmirdən. Nəql edilir: "Peyğəmbərin (s) üzüyü var idi ki, dəmirdən idi və üzəri gümüşlə örtülmüşdü".

Bəs üzüyün üzərində hansı yazılar həkk olmuşdur?

Bu haqda bir çox nəzərlər vardır:

1. Abdullah ibni Sənan İmam Sadiqlə (s) bu haqda söhbət etmişdir və o Həzrət (ə) buyurur: "İstəyirsənmi ki, onu sənə göstərim?".

Deyir: "Bəli".