Çorəkdən imtina etmək üçün 8 ən vacib səbəb


Digərləri 25 Sen 2022 22:30:00 100 0

Çorəkdən imtina etmək üçün 8 ən vacib səbəb

Çörəyin zərəri

Yulaf, çovdar unu və ya kəpəkdən hazırlanan çörəklərə qarşı dietoloq və ya qastroenteroloqlar bir söz demir. İstədiyiniz qədər yeyə bilərsiz, lakin müasir texnologiyalarla əla növ buğda unundan hazırlanmış ağ çörəyin ziyanı, mütəxəssislərin fikrincə, xeyrindən çoxdur. Aşağıdakı səbəblərdən ağ çorəkdən imtina etmək məsləhət görülür.

1. FAYDASIZdır

Ağ çörək - əla növ undan istehsal edilmiş faydasız qida məhsuludur. Əlbəttə, buğdada faydalı maddələr çoxdur, lakin onlar dənlərin una çevrilmə prosesində yoxa çıxır. Yüksək növ unda cəmi 30% faydalı maddələr ola bilər. Onlar məhsul hazırlandıqdan sonra 2 həftə ərzində aktiv qalır. Bəs sonra? Tam faydasız olur.

2. DADSIZdır

Ağ çörək xüsusi dada malik deyil, elə ona görə də çoxları tərəfindən sevilir. Belə çörəyin bir dilimi onunla birgə yeyilən yeməyin dadını korlmaz. Amma bütöv dəndən hazırlanmış un məmulatları kimi də yaxşılaşdırmaz.

3. ZƏHƏRLİdir

Buğdaya olan tələbat daim artır: daha çox və daha tez əldə olunmalıdır. Bol məhsul almaq üçün istehsalçılar pestisidlərə pul xərcləməkdən çəkinmir, zərərverici həşərat və göbələklərdən qurtulmaq üçün isə zərərli kimyəvi maddələrlə əkini emal edirlər.

Unun ağ olması üçün o, yuyucu maddələrlə (xlor, natriumun və kalsiumun pirosulfatı, benzoilin peroksidi) ağardılır. Orqanizmə məhvedici təsirdən qaçmaq üçün çörəyin orqanik və ya rafinə olunmuş undan hazır olduğunu dəqiqləşdirmək lazımdır. İkincisi daha zərərlidir.

4. DƏRİDƏ PROBLEMLƏR yaradır

Kosmetoloqa pul xərclənməzdən öncə öz rasionunuzu gözdən keçirin. Dəridə səpkilər çox vaxt yanlış qidalanmanın nəticəsidir.

Ağ çörəyin tərkibində olan qlüten, demək olar ki, orqanizmdən çıxarılmır, bağırsaqların divarlarına çökərək onun liflərini zədələyir. Nəticədə digər məhsullarla qəbul olunan faydalı maddələr daha az sovrulur.

5. ASILILIQ yaradır

Kekslər, bulkalar, kruassan və pirojkilər asılılıq yarada bilər. Çörəyin bir dilimi qanda dəhşətli dərəcədə şəkərin ifrazına səbəb olur. Buna görə insana güc və gümrahlıq hissi verir.