Cinayətkar dəstəyə qoşuldu, 9 il həbs cəzası aldı,


Kriminal 24 Sen 2022 16:30:00 111 0

Cinayətkar dəstəyə qoşuldu, 9 il həbs cəzası aldı,

Son.az Kulis.az-a istinadən aktrisa Rəhilə İbadova haqqında maraqlı faktları təqdim edir.

Rəhilə İbadova 1951-ci il sentyabrın 20-də Bakı şəhərində anadan olub. 1986-cı ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. "Tık-tık xanım", "Cırtdan" və bir çox nağıl qəhrəmanlarını oynayıb. Lider TV-də dublyaj olunan cizgi filmlərinin səsləndirilməsində iştirak edib, "Adam ol" filmində rol alıb.

Uşaqlıq illəri "Sovetski"də keçən aktrisa çox erkən - 16 yaşında ərə gedir. Aktrisa tez ailə qurması barədə belə deyir: "O vaxtı elə idi. Qızın on altı yaşı olanadək ərə getmirdisə, deyirdilər, evdə qalıb. Özüm də onda kök idim, böyük görsənirdim."

***

Rəhilə İbadovanın beş uşağı dünyaya gəlir. 1999-cu ildə isə aktrisanın həyat yoldaşı vəfat edir.

2006-cı ildə heç kimin gözləmədiyi halda tənha qocaların etibarından sui-istifadə edərək, onları aldadıb mənzillərini ələ keçirməkdə təqsirləndirilir və Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə təqsirləndirilərək 9 il azadlıqdan məhrum edilir.

***

Aktrisanın müğənni bacısı Firuzə İbadova həmin vaxtlar bu hadisə haqda danışarkən bildirib:

"Mənim bacımı şərləyiblər. Ona məxsus olan evi və pulu əlindən alıblar. Bacım bir müstəntiqin şərinə düşdü. Amma indi o, bacımdan halallıq istəyir. Yeddi il bacım heç nədən cəza çəkdi. Sonda ədalət yerini tapdı. Müstəntiqin özünü cəzalandırdılar. Bacıma həbs müddətində yaxşı hörmət edirdilər. Digər məhbuslarla yox, öz şəxsi otağında qalırdı. Yaxşı baxırdılar. O, 38 ilin sənətkarı olub. Aktrisa idi. Çox üzüntülü bir həyat yaşadı. Onunla bərabər hamımız yandıq. Onu bu günə salanları görüm ondan da o yana getsinlər. Həm mənim adımı batırdılar, amma tam ləkə yaxa bimədilər."

O dövrdə mətbuatda gedən məlumatlara görə Firuzə İbadovanın bir yox, iki bacısı həbsdəymiş. Belə ki, 2006-cı ilin oktyabrında Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə çağırılan aktrisa Rəhilə İbadova oradaca həbs olunur. İş üzrə təxminən 70 nəfər şahid dindirilir. Aktrisa həbs olunmasında əsas səbəbkar kimi onunla birgə fəaliyyət göstərən atadan bir, anadan ayrı bacısı Şəfiqə İbadovanı günahkar görür, onu uşaq oğurluğunda belə ittiham edir.

***