Kəklikotunu narkotik zənn edən rus polisi azərbaycanlıları cərimələdi VİDEO


Digərləri 23 Sen 2022 20:12:00 84 0

Kəklikotunu narkotik zənn edən rus polisi azərbaycanlıları cərimələdi  VİDEO

Surqut hava limanında gömrükçülər 50 kq kəklikotu müsadirə ediblər.

Son.az xəzərxəbər-ə istinadən xəbər verir ki, gömrükçülər və polis bunun narkotik vasitə olmasından şübhələniblər.

Bakıdan Yuqraya kəlikotu aparan 3 azərbaycanlının rus dilini bilməməsi vəziyyəti çətinləşdirib. Böyük miqdarda marixuana ələ keçirilməsi ilə bağlı akt tərtib olunub. Lakin daha sonra aydınlaşıb ki, azərbaycanlılar ədviyyatı Nijnevartovskdakı kafelərdən birinə aparırmışlar. Lakin həmin şəxslər məhsulu kommersiya növü kimi qeyd etməyiblər.

Bundan başqa, Azərbaycan vətəndaşlarının məhsulları üçün fitosanitar sertifikatları olmayıb.

Surqut gömrük postunun əməkdaşları malları müsadirə ediblər. Qanunu pozanları mallarının müsadirəsi ilə yanaşı cərimə gözləyir.