Yeni ailə quran aktrisadan ayrılıq xəbərlərinə


Şou-biznes 23 Sen 2022 14:00:00 94 0

Yeni ailə quran aktrisadan ayrılıq xəbərlərinə

Xəbər verdiyimiz kimi, 20 gün əvvəl ailə quran türkiyəli aktrisa Burcu Binicinin həyat yoldaşı reper Tankurt Manasla ayrıldığı iddia edilib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, mövzu ilə bağlı ilk dəfə açıqlama verən aktrisa aralarında mübahisə yarandığını doğrulayıb və məsələni həll etməyə çalışdıqlarını bildirib:

"Yeni evə köçəndə divar rəngi üstündə dava etdik. Əşya tapmaq, almaq da böyük stresə saldı bizi. Bütün bunlar azmış kimi bir də ev sahibi bizi aldatdı. Bu vəziyyət bizi kədərləndirdi. Tələsik qərarlarla mübahisə etdik, amma hər şeyi yoluna qoyacağıq".

Qeyd edək ki, Burcu hazırda "Ben bu cihana sığmazam" serialında rol alır.