Peyğəmbərimizin qardaşları kimlərdir?


Digərləri 22 Sen 2022 23:40:00 137 0

Peyğəmbərimizin qardaşları kimlərdir?

Səhabələr Peyğəmbərin (s) xidmətində olanda, o Həzrətdən (s) soruşurlar: "Biz sizin qardaşlarınızıqmı?".

Həzrət (s) buyurur: "Xeyr, siz mənim səhabələrimsiniz. Ancaq mənim qardaşlarım o kəslərdir ki, məndən sonra gələrlər və mənə iman gətirərlər.

Halbuki, məni görməyiblər. Onların hər bir fərdinin saleh əməlinə, sizin saleh əməlin 50 bərabəri mükafat veriləcəkdir".

Səhabələr soruşdular: "Özlərindən 50 nəfərin?".

Həzrət (s) buyurdu: "Xeyr, sizlərdən 50 nəfərin".