Kimlərdə mədə xorası əmələ gəlir


Digərləri 22 Sen 2022 23:45:00 149 0

Kimlərdə mədə xorası əmələ gəlir

Stress, qorxu, helikobakteri bakteriyası, qeyri-düzgün qidalanma və çox miqdarda dərman mədədə xora aça bilər.

Son.az bakupost-a istinadən xəbər verir ki, bu barədə qastroenteroloq Nuriya Dianova bildirib.

"Mədənin xorası qastritdən daha ağır mərhələdir.

Əsas səbəb infeksiyadır. Helikobakteri selikli qişada dərin yara əmələ gətirir.

Mədə klapan və sfinktirinin normal işləməməsi nəticəsində öd şirəsi mədəyə geri axır, bu da iltihabi proses yaradır.

Yüksək səviyyədə stress, təşviş, depressiyada olanların da mədəsi zədələnir.

Hormonal dərman və ağrıkəsici qəbul etdikdə də xora baş verə bilər.