13 milyon oğurlayıb Azərbaycana qaçdı


Digərləri 23 Sen 2022 00:42:00 136 0

13 milyon oğurlayıb Azərbaycana qaçdı

Türkiyədə oğurluq edən şəxs ölkəni tərk edib.

Son.az lent.az-a istinadla bildirir ki, Antalya Ədliyyəsinin 1-ci icra direktoru H.Ç seyfdən və bank hesablarından ümumilikdə 13 milyon lirə ( təxminən 1 milyon 205 min manat) pulu öz hesabına keçirib. Bundan sonra isə o, ölkədən qaçıb.

Faktla bağlı prokurorluq tərəfindən araşdırmalara başlanılıb. Məlum olub ki, H.Ç pulları götürərək Azərbaycana qaçıb.

Hazırda araşdırmalar davam edir.