Pərəstişkarı səhnəyə atılaraq Bülent Ersoyu dodağından öpdü


Şou-biznes 23 Sen 2022 00:54:00 114 0

Pərəstişkarı səhnəyə atılaraq Bülent Ersoyu dodağından öpdü

Türk sənət musiqisinin canlı əfsanəsi və divası Bülent Ersoyun arxivi gün üzünə çıxaraq gündəm olub.

Son.az bizim media-ya istinadən xəbər verir ki, illər əvvəl konsertlərin birində sənətkara pərəstişkarı hücum çəkib. Belə ki, sevənlərinə yaxın olmaq üçün Bülent səhnənin kənarına gələrək onlardan güllər alıb. Bir fanatı isə müğənninin əlindən bərk-bərk tutaraq özünü səhnəyə atıb. Bu anda pərəstişkar sevinc hisslərini Ersoyun dodağından öpərək bəlli edib. Onun bu hərəkətindən isə diva təəccübünü və heyrətini gizlədə bilməyib. Həmin anlar sosial şəbəkələrdə paylaşılaraq müzakirə predmetinə çevrilib.