Bakıda tarixi binanın fasadına ziyan vurulub


Digərləri 22 Sen 2022 16:14:00 94 0

Bakıda tarixi binanın fasadına ziyan vurulub

Bakıda 142 yaşı olan tarixi yaşayış binasının fasadınının əvvəlki görkəmini pozaraq üzərini suvaqla örtüb, rəngləyiblər.

Son.az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, dövlət tərəfindən qorunan binanın görkəminə ziyan vurublar.

Paytaxtın Səbail rayonu, Mərdanov qardaşları küçəsində yerləşən həmin bina 1880-ci ildə inşa olunub. Elə o vaxtdan bina memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur. Ancaq binanın birinci mərtəbəsində aparılan təmir işləri zamanı fasad hissəyə suvaq vurularaq yaşıl rəngdə rəngləyiblər. Nəticədə binaya ziyan vurublar.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşları ərazidə olaraq problemin həll edilməsi üçün hərəkətə keçib.

Xidmətin mətbuat katibi Fariz Hüseynli deyib ki, problemdən xəbər alınandan sonra qanun pozuntusunun qarşısı alınıb və fasad əvvəlki görkəminə qaytarılacaq.

Sahibkar Elçin Orucov isə bildirib ki, binanın fasadı əvvəlki görkəminə qaytarılacaq.