Ermənilər bu səfirliyimizə hücuma hazırlaşır


Siyasət 21 Sen 2022 13:02:00 109 0

Ermənilər bu səfirliyimizə hücuma hazırlaşır

Erməni radikalları Azərbaycanın Brüsseldəki səfirliyinə hücuma hazırlaşır.

Son.az bildirir ki, bu barədə Azərbaycanın Belçikadakı səfiri Vaqif Sadıqov "Twitter" hesabında yazıb.

Onun sözlərinə görə, hücum Avropa Parlamentinin binası qarşısındakı mitinqdən sonraya planlaşdırılır.

Səfir həmçinin diplomatik nümayəndəlikləri belə hücumlardan qorumağa çağırıb.

Son.az