Britaniya XİN: Putinin hədələri ciddi qarşılanmalıdır


Dünya 21 Sen 2022 12:54:00 87 0

Britaniya XİN: Putinin hədələri ciddi qarşılanmalıdır

Rusiya Prezidenti Vladimir Putinin çıxışı narahatlıq doğuran eskalasiya idi və onun hədələri ciddi qarşılanmalıdır.

Son.az APA-ya istinadən bildirir ki, bunu Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin parlamentlə əlaqələr üzrə dövlət katibi Gilian Kiqan "Sky News"a açıqlamasında deyib:

"Aydındır ki, bu ciddi qarşılanmalı bir məsələdir, çünki bilirsiniz, nəzarət bizdə deyil - nəzarətin heç onda olduğuna da əmin deyiləm. Bu açıq-aşkar eskalasiyadır".

Nazir BBC-yə açıqlamasında isə bildirib ki, Rusiya daha əvvəl də bu cür təhdidlər səsləndirib.