Məhbuslara silah paylanılır


Siyasət 21 Sen 2022 11:29:00 87 0

Məhbuslara silah paylanılır

"Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı müharibəni davam etdirərkən dost adlandırdığı dövlətlərin təzyiqi ilə üzləşib".

Bunu Son.az-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

O bildirib ki, müharibənin ssenarisi pozulduğu anda və uğursuzluqlar fonunda Rusiyanın silahları özünə tərəf yönələ bilər:

"Putin Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddəki toplantısı çərçivəsində ikitərəfli görüşlər keçirib. Onunla görüşən Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan, Çin lideri Si Sinpin və Hindistanın baş naziri Nerandra Modi təxminən eyni cümlələri işlədiblər: "Müharibəni bitirməyə ehtiyac var". Putin vəziyyətin Rusiya üçün xoşagəlməz istiqamətdə gedişatını anlasa da, dayana bilmir.

Putinin davam etdirdiyi müharibəyə ölkə içində də narazılığın artdığı hiss olunur. "Müharibə nə zaman bitəcək" sualını verən Rusiya vətəndaşlarının sayının artmasına dair xəbərlər var. Həmin vətəndaşlar Rusiya Müdafiə Nazirliyinin müharibədə uğursuz nəticələr əldə etdiyi qənaətindədirlər, hər gün yüzlərlə hərbçi ölür. Rusiyanın itkiləri artır. Kreml sahibi bu itkilərin yerini doldurmaqda çətinlik çəkir. Putin artıq qismən səfərbərlik elan etdi, çünki ölənlərin yerini doldurmaq lazımdır.

İş o yerə çatıb ki, Rusiya həbsxanalarında cəzasını çəkənlərin müharibəyə cəlb olunduğuna dair internetdə görüntülər yayılıb. Putinin yaxın dostu və aşbazı Priqojin şəxsən həbsxanalara gedərək dustaqları müharibəyə sövq edir, əvəzində onlara amnistiya təklif edir. Əslində isə Proqjin onları ölümə göndərir.   

Könüllülərin və məhkumların silahlandırılaraq müharibəyə göndərilməsinin Kreml üçün böyük riskləri var. Əllərdə xeyli silah var. Rusiya Müdafiə Nazirliyi, Rosqvardiya, Kadırovun döyüşçüləri, Putinin dostu Priqojinin silahllandırdığı məhkumlar və Vaqner - bunların hamısı müharibədə iştirak edir. Müharibənin ssenarisi pozulduğu anda və uğursuzluqlar fonunda bu silahlar onları döyüşə göndərənlərə tərəf yönələ bilər.

Rusiya çarı İkinci Nikolay ölkəsinin Birinci Dünya müharibəsində iştirakına razılaşanda uğur qazanacağını düşünürdü. Müharibənin yönü dəyişdikcə Rusiya ordusunda narazılıqlar artdı, qopmalar meydana gəldi, bolşeviklər fürsətdən istifadə edərək Nikolayı taxtdan endirdilər. Nəticə Rusiya üçün ağır oldu, imperiya dağıldı, imperator ailəsi ilə birgə qətlə yetirildi, vətəndaş müharibəsi alovlandı, aclıq, səfalət və milyonlarla insan ölümü qeydə alındı.

Şanxay Əməkdaşlıq Təşkilatının son zirvə toplantısı çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə əksər liderlərin görüşü Vaşinqtonda xüsusilə diqqətlə izlənilib. Təsadüfi deyil ki, ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, Çin və Hindistanın Ukraynada müharibə barədə qorxusu müharibəni dayandırmaq üçün Rusiyaya təzyiqi gücləndirib. O deyib, "Bu, sadəcə faktın təzahürüdür ki, həmin təcavüz planetin bütün insanlarının maraqlarına qarşı yönəlmiş təcavüzdür".

Çin və Hindistan Rusiya-Ukrayna müharibəsinin ona görə dayandırılmasının tərəfdarıdırlar ki, Asiya bölgəsində oxşar gərginliklər yaşanmasın. Vaşinqton da Rusiya-Ukrayna müharibəsinin oxşarının Asiya bölgəsinə sıçramasını istəmir. Ancaq Tayvan adası ətrafında baş verənlər bu bölgədə müharibə ehtimalını artırıb. 

ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfəri bu ökə ilə Çin arasında münasibətləri daha da gərginləşdirib. Pelosidən sonra ABŞ-dan Tayvana daha 3 nümayəndə heyəti səfər edib".

Təhməz Əsədov Son.az

General və ailəsinə məxsus 7,7 milyon manatlıq əmlak müsadirə edilib like
  • 21 Sen 11:24  
Digərləri General və ailəsinə məxsus 7,7 milyon manatlıq əmlak müsadirə edilib

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin

arrow Ətraflı
Kapital Bank sahibkarların məsafədən imzalaya bildiyi sənədlərin sayını artırdı like
  • 21 Sen 11:21  
Digərləri Kapital Bank sahibkarların məsafədən imzalaya bildiyi sənədlərin sayını artırdı

Xəbər verdiyimiz ki, Kapital Bank fiziki şəxslər üçün müqavilələrin m

arrow Ətraflı
İranın yüksək vəzifəli şəxsinin bacısı qızının açıqsaçıq like
  • 21 Sen 11:12  
Dünya İranın yüksək vəzifəli şəxsinin bacısı qızının açıqsaçıq

Sosial şəbəkələrdə İran parlamentinin keçmiş sədri, hazırda Fars Dili

arrow Ətraflı
Rusiyada ehtiyatda olan 300 min nəfər orduya çağırılacaq like
  • 21 Sen 11:07  
Dünya Rusiyada ehtiyatda olan 300 min nəfər orduya çağırılacaq

"Qismən səfərbərlik çərçivəsində ehtiyatda olan 300 min nəfər xi

arrow Ətraflı
bp bu il AÇGdə yeni platformanın tikintisini başa çatdırmağı planlaşdırır like
  • 21 Sen 11:00  
Siyasət bp bu il AÇGdə yeni platformanın tikintisini başa çatdırmağı planlaşdırır

Bu il Mərkəzi Şərqi Azəri (ACE) platformasının tikintisinin başa çatdı

arrow Ətraflı
“GöyçəZəngəzur Respublikası” avantürası kimlərin maraqlarına xidmət edir? like
  • 21 Sen 10:54  
Siyasət “GöyçəZəngəzur Respublikası” avantürası kimlərin maraqlarına xidmət edir?

Bir neçə gündür ki, sosial şəbəkələrdə və müxtəlif resurslarda &quo

arrow Ətraflı
Laçın istiqamətində basdırılan növbəti minalar zərərsizləşdirildi like
  • 21 Sen 10:45  
Siyasət Laçın istiqamətində basdırılan növbəti minalar zərərsizləşdirildi

Ermənistan silahlı qüvvələrinin diversiya qruplarının Azərbaycan ərazis

arrow Ətraflı
Putin: Blef deyil, təhlükə olarsa, nüvə silahını tətbiq edəcəyik like
  • 21 Sen 10:28  
Dünya Putin: Blef deyil, təhlükə olarsa, nüvə silahını tətbiq edəcəyik

Rusiyanın ərazi bütövlüyünə təhlükə olarsa, bütün atəş vasitələr

arrow Ətraflı
Asiya İnkişaf Bank Azərbaycanda inflyasiya proqnozlarını açıqlayıb like
  • 21 Sen 10:26  
Digərləri Asiya İnkişaf Bank Azərbaycanda inflyasiya proqnozlarını açıqlayıb

2022-ci ildə Azərbaycanda inflyasiya 11,5 faiz səviyyəsində proqnozlaşdır

arrow Ətraflı
Türkiyənin ən gözəl qızı seçildi like
  • 21 Sen 10:15  
Şou-biznes Türkiyənin ən gözəl qızı seçildi

"Miss Turkey" gözəllik müsabiqəsinin qalibi bəlli olub.

arrow Ətraflı
Xaricdə təhsil adı ilə dələduzluq like
  • 21 Sen 09:56  
Digərləri Xaricdə təhsil adı ilə dələduzluq

Son illər ölkənin ali məktəblərinə aparılan qəbul imtahanlarında zəif

arrow Ətraflı
Abşeronda Filippin vətəndaşı evində ölü tapıldı like
  • 21 Sen 09:42  
Digərləri Abşeronda Filippin vətəndaşı evində ölü tapıldı

Abşeronda Filippin vətəndaşı evində ölü tapılıb.

arrow Ətraflı
Bakıda universitetin bufetində tələbələrə stulda oturmaq qadağan edilib like
  • 21 Sen 09:31  
Digərləri Bakıda universitetin bufetində tələbələrə stulda oturmaq qadağan edilib

Odlar Yurdu Universitetinin bufetində stullar yığışdırılıb.

arrow Ətraflı