Xomeyni və Xameneinin şəkillərini bələdiyyə binasından yerə atdılar


Digərləri 21 Sen 2022 11:47:00 93 0

Xomeyni və Xameneinin şəkillərini bələdiyyə binasından yerə atdılar

İranın Sari şəhərində etirazçılar Ruhullah Xomeyni və Əli Xameneinin şəkillərini bələdiyyə binasından yerə atıblar.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə görüntüləri "Azad İran" "Telegram" kanalı yayıb.

Videoda nümayişçilərin hökumət binasının divarlarından Ruhullah Xomeyni və Əli Xameneinin şəkillərini sökdükləri, izdihamın isə onları alqışladığı görünür.

"Sağ ol, sağ ol, arzumuzu gerçəkləşdirdin!" - deyə etirazçı qadınlardan biri bildirib.