Asiya İnkişaf Bank Azərbaycanda inflyasiya proqnozlarını açıqlayıb


Digərləri 21 Sen 2022 10:26:00 111 0

Asiya İnkişaf Bank Azərbaycanda inflyasiya proqnozlarını açıqlayıb

2022-ci ildə Azərbaycanda inflyasiya 11,5 faiz səviyyəsində proqnozlaşdırılır.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Asiya İnkişaf Bankının (AİB) hesabatında deyilir.

Hesabatda qeyd edilir ki, 2023-cü ildə ölkədə gözlənilən inflyasiya 7 faiz təşkil edir.

"2022-ci ilin yanvar-iyun aylarında inflyasiya 2021-ci ilin eyni dövründəki 4,3%-dən illik 12,9%-ə yüksəlib. Qiymətlər ərzaq üzrə 18,4%, digər mallar üzrə 6,7%, xidmətlər üzrə 10,3% artıb. Yüksək qlobal ərzaq qiyməti inflyasiya ərzaq qiymətlərinin sıçramasına səbəb olub, yanacaq və digər kommunal xidmət tariflərindəki artımlar isə 2021-ci ildə xidmət sektorunda inflyasiyanın artmasına səbəb olub. Sabit məzənnə inflyasiyanın daha da sürətlə artmasına mane olub", - deyə hesabatda bildirilir.

Mərkəzi Asiya və Cənubi Qafqaz üzrə ümumi inflyasiya proqnozları 2022-ci ildə 11,5%, 2023-cü ildə isə 8,5% təşkil edir.