Bakıda sıxlıq olan küçə və prospektlər SİYAHI


Digərləri 21 Sen 2022 08:34:00 99 0

Bakıda sıxlıq olan küçə və prospektlər  SİYAHI

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxt yollarındakı son vəziyyəti açıqlayıb.

Mərkəzdən Son.az-a verilən xəbərə görə, hazırda Bakıda sıxlıq olan küçə və prospektlər aşağıdakılardır:

1. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində; 2. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində; 3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən 20 Yanvar m/st istiqamətində; 4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 5. Bakı-Sumqayıt şosesi, 20 Yanvar m/st istiqamətində; 6. Binəqədi şosesi, Azadlıq prospekti m/st istiqamətində; 7. Tbilisi prospekti, 20 Yanvar m/st-dan mərkəz istiqamətində; 8. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində; 9. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından Koroğlu m/st istiqamətində (dairəyə qədər); 10. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından Azneft dairəsi istiqamətində;

11. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;