Blinken Kleverli ilə görüşüb


Dünya 21 Sen 2022 08:18:00 81 0

Blinken Kleverli ilə görüşüb

ABŞ dövlət katibi Entoni Blinken və Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli Rusiya və Ukrayna ətrafındakı vəziyyəti müzakirə ediblər.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Nyu-Yorkda baş tutan görüşdə Çinlə bağlı çağırışlar, o cümlədən İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının bərpasına dair danışıqlar da müzakirə edilibi.

Görüş BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində baş tutub.