1 ailənin 5 üzvü yol qəzasında xəsarət alıb


Digərləri 21 Sen 2022 08:31:00 72 0

1 ailənin 5 üzvü yol qəzasında xəsarət alıb

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Minik maşınının sürücüsü təmir aparılan yolla hərəkət etdiyindən qarşısına qəfil maneə çıxıb.

Nəticədə sürücü avtomobili saxlaya bilməyib və yol kənarına tökülən çınqıl daş yığınına çırpılıb.

Qəza zamanı 1 ailənin 5 üzvü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Xəsarət alan ailə üzvlərinin adı məlum olub.

Xəsarət alan sürücü Nəriman Abbasovla yanaşı digər dörd nəfərin adı aşağıdakı kimidir:

Ruqiyə Abbasova (1997) ;

Xuraman Abbasova (2000) ;

Aytac Abbasova (2002) ;

Elmira Abbasova (2014).