Mələklərin təəccüb etdiyi iki müsəlman


Digərləri 20 Sen 2022 21:20:00 97 0

Mələklərin təəccüb etdiyi iki müsəlman

İmam Baqir (ə) buyurur: "Salamı başlayan üçün 70 savab vardır".

Hədislərə görə onu alana bir savab verilər.

"Salam" - Allah Təalanın Cəlal adlarından biridir. Yəni Allah insanların bir-biri ilə rabitə amilidir. Bu rabitələri Ona olan məhəbbət və sevgi ilə qurmaq lazımdır. Rabitə qurmaq dəyərli bir əməldir, çünki Allaha nisbət verilir.

Peyğəmbəri-Əkrəm (s) salam vermək mədəniyyəti haqqında müxtəlif məqamlara toxunmuşdur. Bu hədislərdən bir neçəsinə işarə edək.

Deyləmi "İrşadi qulub" kitabında nəql edir: "Allahın Peyğəmbəri (s) yoxsul və sərvət sahibi ilə eyni cür salamlaşardı və əlini çəkməzdi. O zamana qədər ki, qarşı tərəf əlini çəkərdi. Kimi gördü, salam verərdi".

Həzrət Peyğəmbər (s) buyurur: "Salamı aşkar edin ki, (yəni yüksək səslə deyin ki) dostluq əlaqələriniz möhkəm olsun".