ABŞda aralıq seçkiləri: ermənilər zəifləyəcək, yoxsa güclənəcək?


Siyasət 20 Sen 2022 21:26:00 96 0

ABŞda aralıq seçkiləri: ermənilər zəifləyəcək, yoxsa güclənəcək?

Aralıq seçkilərində (midterm elections) Konqresin 435 üzvü, Senatın 1/3 hissəsi, bir çox ştatların qubernatorları və qanunverici orqanının üzvləri və şəhər merləri seçilir. ABŞ-da konqresmen və senatorların prezident və ya partiyaya loyallığı başqa ölkələrdə olduğu qədər yüksək deyil. Adətən Konqres liderləri və ya Prezident partiya üzvlərinin dəstəyini təmin etmək üçün onlarla şəxsən görüşməli olur. Konqresin palatalarına nəzarət siyasi gündəliyə nəzarət deməkdir. Nəzarət həm də qalibə Konqresin daimi və xüsusi komitə sədrlərini seçmək hüququnu verir.

Aşağı Palatada hər bir ştata ən azından bir yer zəmanət verildiyi halda digər yerlər 10 ildən bir keçirilən əhalinin siyahıya alınmasının nəticələrinə uyğun müəyyənləşdirilir. Praktikada bu ona gətirir ki, az əhalili Alyaska 1 yerlə, ən çox əhalisi olan Kaliforniya isə 53 yerlə təmsil olunur. Senat  ştatların bərabərlik prinsipinə əsaslandığına görə həm Alyaska, həm Kaliforniya Yuxarı Palatada 2 senatorla təmsil olunur. Seçkilər əksər ştatlarda birmandatlı dairələr sisteminə əsaslanıb, ən çox səs toplayan şəxsin qalib olmasını nəzərdə tutur. Cəmi 11 ştatda qalib gəlmək üçün sadə səs çoxluğu kifayət etmir və əlavə seçki turlarının keçirilməsi tələb olunur.

Son.az Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinə istinadən bildirir ki, müşahidələrə görə növbəti aralıq seçkilər çox gərgin keçəcəkdir. Bayden Trampı "demokratiyaya təhdid", radikal baxışlı respublikaçıları "yarı-faşist", Tramp isə Baydeni "dövlətin düşməni" adlandırır. "Gallup" mərkəzinin iyun sorğusuna əsasən, qeydiyyatdan keçmiş seçicilərin cəmi 53%-i Konqresdə onları təmsil edən nümayəndənin yenidən seçilməyə layiq olduğunu deyir. 41% seçici yeni namizədin seçilməsini vacib sayır. Tarixən, Ağ Evdə prezidentlik edən təmsilçinin partiyası ara seçkilərdə adətən məğlub olur. Məğlub olma ehtimalı ilk prezidentlik müddətində prezidentin cəmiyyətdə dəstəyinin 50%-dən az olması şəraitində daha da yüksəlir. May sorğusuna əsasən, amerikalıların 41%-i Baydenin, 18%-i isə Konqresin fəaliyyətindən razıdır. İyun sorğusunda cəmi 33% respondet Baydenin yenidən seçilməyə layiq olduğunu bildirmiş, 31% seçici isə ümumiyyətlə ara seçkilərində səslərini "Baydenin əleyhinə" verəcəklərini bildirmişdir.

"Pew Research"-in avqust araşdırması iqtisadiyyatın (77%) aralıq seçkilərə təsir edən aparıcı faktor olduğunu müəyyən etdi. İqtisadiyyatın ardınca seçiciləri silahlara nəzarət (62%), cinayətkarlıq (60%), abortlar (56%), enerji siyasəti (53%) və xarici siyasət (45%) problemləri maraqlandırır. Sıralamada partiya mənsubiyyəti aparıcı faktordır: respublikaçılar üçün mühüm problemlər iqtisadiyyat (90%), cinayətkarlıq (69%), miqrasiya (66%), xarici siyasət (54%), silahlara nəzarət (52%), təhsil (52%) və enerji siyasəti (51%) olduğu halda, demokratlar səhiyyəni (77%), silahlara nəzarəti (71%), abortları (71%), iqtisadiyyatı (67%), iqlimi (66%), təhsili (64%), enerji siyasətini (56%), etnik-irqi problemləri (54%) və kriminalı (52%) əsas problem hesab edirlər.

Partiyalar fərqli seçki siyasəti aparırlar. Respublikaçılar Trampın populyarlığından, Baydenin isə aşağı reytinqlərindən istifadə edərək, imkan daxilində hər iki palataya sahib olmaq istəyirlər. Demokratların siyasəti daha qəlizdir. Aşağı reytinqlər onları təhlükəli 2012-ci təcrübəsinə qayıtmağa məcbur edir. Hazırda demokratlar Pensilvaniya ştatında ultra-sağ baxışlı D.Matrianonun, Arizona ştatında isə K.Leykin qubernator vəzifəsinə namizədliyini dəstəkləyirlər. İllinoys ştatında demokrat-qubernatorlar assosiasiyası respublikaçı namizədin reklamına $35 milyon, Miçiqanda isə $435 min xərcləyiblər. Demokratlar ümid edirlər ki, qərarsız seçicilər və mülayim respublikaçılar radikallara səs verməkdən çəkinib, demokrat namizədə səs verməyə üstünlük verəcəklər.

Bu seçkilərin nəticələri hazırkı administrasiyanın dayanıqlı, ardıcıl və müxalifətin təzyiqi olmadan xarici siyasət yeridə bilmə imkanlarına birbaşa təsir edəcək. Ona görə də bütün dünya dərin qütbləşmiş hazırkı ABŞ reallığında bu seçkilərin nəticələrini diqqət mərkəzində saxlayır.

Qarşıdan gələn Konqres seçkiləri təkcə ABŞ üçün deyil, o cümlədən Cənubi Qafqaz regionu üçün mühüm əhəmiyyət kəsb edir. Seçkilərin region üçün vacibliyi erməni diasporunun əsas gücünün məhz Konqresdə cəmlənməsi ilə şərtlənir. Hazırda Konqresdəki erməni qrupu 4 həmsədr, (Q.Bilirakis, F. Pallone, C. Şpeyer, D. Valadao) bir vitse-sədr (Adam Şif) və Konqresin (NP) sədri N. Pelosi daxil 124 üzvdən ibarətdir. 535 üzvdən ibarət Konqresin 123 üzvünün (N. Pelosi xaric) erməni qrupuna aid olması ABŞ parlamentinin təxminən ¼ hissəsinin ermənipərəst deputatlardan ibarət olması deməkdir.

Konqresmen və senatorların erməni qrupuna üzvlüyü siyasi səbəblərdən şəxsi motivlərə qədər fərqli amillərlə şərtlənir. Əksər ştatlarda seçkilər birmandatlı dairələr sisteminə əsaslanıb, ən çox səs toplayan şəxsin qalib olmasını nəzərdə tutur. Konqresdə ştatlar üzrə bölgü əhali prinsipinə əsaslandığına görə ən çox əhalili Kaliforniya ştatı 53 nümayəndə ilə təmsil olunur. Bildiyimiz kimi, Kaliforniya ABŞ-da ermənilərin ən çox sayda yaşadığı və güclü olduğu ştatdır. Kaliforniyadan başqa ermənilər Massaçusets, Nyu-York, Nyu-Cersi və Florida ştatlarında da kompakt yaşayırlar. Erməni qrupunun 2 həmsədri (C. Şpeyer və D.Valadao) və vitse-sədri (A. Şif) Konqresdə Kaliforniya ştatını təmsil edirlər. Digər iki sədr, Q. Bilirakis və F. Pallone isə ermənilərin kompakt yaşadıqları Florida və Nyu-Cersi ştatlarını təmsil edirlər. Konqres və Senatın xarici əlaqə komitələrinin sədrləri Q. Miks və R. Menendez də erməni qrupunun üzvləri olub, Konqresdə ermənilərin kompakt yaşadıqları Nyu-York və Nyu-Cersi ştatlarını təmsil edirlər. Ekspertlərin müşahidələrinə əsasən seçki dairəsini və ştatı Konqresdə layiqincə təmsil edən konqresmen və senatorun yeni seçkilərdə seçilmə şansları 90% təşkil edir. Bu səbəbdən adı çəkilən şəxslər Ermənistan gündəliyini hətta ABŞ-ın milli maraqlarına zidd olsa belə irəli çəkməyə çalışırlar.

Konqresmen və senatorların ermənipərəstliyində şəxsi motivlər də böyük rol oynayır. Məsələn, R. Menendezin həyat yoldaşı etnik erməni və erməni diasporunun aktiv üzvlərindəndir. C. Şpeyerin anası 1915-ci il hadisələrindən sonra ABŞ-a köç etmiş erməni immiqrantıdır.

Demoqrafiya və şəxsi motivlər erməni qrupu ilə qarşılıqlı əlaqələrin əsasında dayanır. Nümayəndənin seçildiyi seçki dairəsində erməni seçicilərinin sayı nə qədər çoxdursa bir o qədər də erməni gündəliyi daha aktiv müdafiə ediləcəkdir.

Təsadüfi deyildir ki, erməni seçicilərin çox olduğu dairələri təmsil edən nümayəndələr ermənipərəst aktların ("Erməni Soyqırımı təhsil aktı", erməni hərbçilərinin azad edilməsi qətnaməsi, dövlət büdcəsində Ermənistana yardım aktları) leyhinə səs verirlər. Belə dairələrdən olan nümayəndələr Azərbaycan və Türkiyəyə qarşı aktların da (Türkiyəyə dron texnologiyalarının ötürülməməsi, F-16 qırıcılarının satılmaması) leyhinə həvəslə səs verirlər. Nümayəndənin seçildiyi dairədə erməni seçicilərin az olması erməni gündəliyinin irəli çəkilmə aktivliyinə də təsir göstərir. Məsələn, Konqresdə xarici əlaqələr komitəsinin sədri Q. Miks Ermənistana yardım aktlarının leyhinə səs versə də Türkiyə-ABŞ hərbi əməkdaşlığına xələl gətirə biləcək aktları dəstəkləməmişdir. Konqresin maliyyə xidmətləri və büdcə komitələrinin sədrləri M. Voters və C. Yarmut, habelə Senatın Silahlı Xidmət Komitəsinin sədri C. Rid isə ümumiyyətlə ANCA tərəfindən Azərbaycan və Türkiyə lobbisi ilə əməkdaşlıqda ittiham edilir.

117-ci Konqresdə ermənilərin mövqeləri olduqca güclüdür. Konqresin xarici əlaqələr komitəsinin (Q. Miks), kəşfiyyat üzrə xüsusi komitəsinin (A. Şif) və Senatın xarici əlaqələr komitəsinin (R. Menendez) sədrləri erməni qrupunun üzvləridir.

Ekspertlərin əksəriyyəti demokratlar partiyasının növbəti aralıq seçkilərində Konqresi itirə biləcəyini proqnozlaşdırır. Demokratların aralıq seçkilərdə məğlub olması adı çəkilən komitə sədrlərinin öz vəzifələrini itirməsinə və erməni diasporunun ABŞ xarici siyasətinə təsirinin zəifləməsinə gətirib çıxara bilər.

Mələklərin təəccüb etdiyi iki müsəlman like
  • 20 Sen 21:20  
Digərləri Mələklərin təəccüb etdiyi iki müsəlman

İmam Baqir (ə) buyurur: "Salamı başlayan üçün 70 savab vardır"

arrow Ətraflı
Zaqatalada mikroavtobusla avtomobil toqquşdu like
  • 20 Sen 21:16  
Digərləri Zaqatalada mikroavtobusla avtomobil toqquşdu

Zaqatalada mikroavtobus ilə minik avtomobili toqquşub, 3 nəfər xəsarət al

arrow Ətraflı
Yeni körpəsinə məşuqəsinin adını vermək istəyir like
  • 20 Sen 20:58  
Şou-biznes Yeni körpəsinə məşuqəsinin adını vermək istəyir

Dünyaca məşhur Maroon 5 qrupunun solisti Adam Levin hamilə xanımına xəyan

arrow Ətraflı
"Babam yaşında səhnəyə çıxıb, sevgidən oxuyur"  VİDEO like
  • 20 Sen 19:54  
Şou-biznes "Babam yaşında səhnəyə çıxıb, sevgidən oxuyur" VİDEO

Xalq artisti Mübariz Tağıyev duet oxuyan müğənniləri tənqid edib.

arrow Ətraflı
"Azərbaycanlı qardaşlarımızın yanında olmaqda davam edəcəyik" like
  • 20 Sen 19:52  
Digərləri "Azərbaycanlı qardaşlarımızın yanında olmaqda davam edəcəyik"

Azərbaycanın torpaqlarını azad etməsi ilə regionda sülh üçün tarixi bi

arrow Ətraflı
Ərdoğan Zelenski ilə telefonla danışdı like
  • 20 Sen 19:46  
Digərləri Ərdoğan Zelenski ilə telefonla danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Vladimir Zelens

arrow Ətraflı
"O torpaqlarda şou göstərmək, selfi etmək hələ tezdir"  VİDEO  FOTO like
  • 20 Sen 19:38  
Şou-biznes "O torpaqlarda şou göstərmək, selfi etmək hələ tezdir" VİDEO FOTO

"İşğaldan azad olunan torpaqlarımıza bir dəfə də olsa səfər etmə

arrow Ətraflı
Toy aparıcıları, bərbər və dərzilər 12 manat tibbi sığorta haqqı ödəyəcəklər like
  • 20 Sen 18:58  
Digərləri Toy aparıcıları, bərbər və dərzilər 12 manat tibbi sığorta haqqı ödəyəcəklər

Toylarda, şənliklərdə və digər təbirlərdə aparıcılıq, çalğıçıl

arrow Ətraflı
Mehmetdən boşanan Hadisə Rza Zərrabla görüşür?  VİDEO like
  • 20 Sen 18:50  
Şou-biznes Mehmetdən boşanan Hadisə Rza Zərrabla görüşür? VİDEO

Milyonçu iş adamı Mehmet Dinçerlerlə boşanma ərəfəsində olan Türkiyə

arrow Ətraflı
35 yaşlı qadın özünü qovaq ağacından asdı like
  • 20 Sen 18:42  
Digərləri 35 yaşlı qadın özünü qovaq ağacından asdı

Lənkəran rayonunda intihar hadisəsi baş verib.

arrow Ətraflı
Bakıda sakinlər bu zavodun fəaliyyətindən narazıdırlar  VİDEO like
  • 20 Sen 18:36  
Digərləri Bakıda sakinlər bu zavodun fəaliyyətindən narazıdırlar VİDEO

Bakıda toz-duman əlindən piyadalar yolda çox çətinliklə hərəkət edirl

arrow Ətraflı
15 yaşlı oğlandan uşaq doğan 13 yaşlı qız məktəbə getmir  SƏBƏB like
  • 20 Sen 18:28  
Digərləri 15 yaşlı oğlandan uşaq doğan 13 yaşlı qız məktəbə getmir SƏBƏB

"Dünən 13 yaşlı qızı xəstəxanadan çıxardım. Sığınacaqda  onu

arrow Ətraflı
Ceyhun Bayramov BMT BAnın 77ci sessiyasının açılışında iştirak edir  FOTO like
  • 20 Sen 18:12  
Siyasət Ceyhun Bayramov BMT BAnın 77ci sessiyasının açılışında iştirak edir FOTO

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleya

arrow Ətraflı
“Əl Cəzirə”də azad edilmiş ərazilər barədə reportaj yayımlanıb  VİDEO like
  • 20 Sen 18:04  
Siyasət “Əl Cəzirə”də azad edilmiş ərazilər barədə reportaj yayımlanıb VİDEO

"Əl Cəzirə" telekanalında işğaldan azad edilmiş ərazilərlə b

arrow Ətraflı
"Athena" qrupunun üzvü xərçəngə tutuldu like
  • 20 Sen 17:56  
Şou-biznes "Athena" qrupunun üzvü xərçəngə tutuldu

"Athena" qrupunun üzvü, müğənni Gökhan Özoğuzun qardaşı Haka

arrow Ətraflı