Azərbaycanda onkoloji xəstələrin sayı artıb


Digərləri 20 Sen 2022 17:48:00 106 0

Azərbaycanda onkoloji xəstələrin sayı artıb

Azərbaycanda onkoloji xəstələrin sayı artıb və 60 minə yaxınlaşıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu deputat Kəmaləddin Qafarov Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında deyib.

O bildirib ki, hazırda 1600 nəfərə qədər onkoloji xəstə stasionar şəraitdə müalicə alır və müraciət edənlərin də sayı çoxdur.

Deputat bildirib ki, onkoloji xəstələrin müalicəsi üçün vəsait artırılmasına ehtiyac var.