Tanınmış sənətçinin evinə naməlum şəxs daxil oldu


Şou-biznes 20 Sen 2022 09:18:00 113 0

Tanınmış sənətçinin evinə naməlum şəxs daxil oldu

Los-Ancelesdə naməlum şəxs Castin Biberin evinə daxil olub.

Naməlum kişi mühafizəçilərin yanından ötərək evin həyətinə girib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, təhlükəsizlik xidməti onu görən kimi, kişi hasardan tullanaraq qaçıb.

Təqiblərə baxmayaraq, onu tutmaq mümkün olmayıb.