İsrail Türkiyəyə səfir


Siyasət 20 Sen 2022 08:23:00 100 0

İsrail Türkiyəyə səfir

İsrail Xarici İşlər Nazirliyinin Təyinatlar Komitəsi Ankara səfirliyinin müşaviri İrit Lillianın Türkiyəyə səfir təyin edilməsinə qərar verib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyi bildirib.

Təyinat "hökumətin təsdiq edilməsi şərti ilə" qüvvəyə minəcək.

Qeyd edək ki, avqustun 17-də Türkiyə və İsrail diplomatik münasibətləri bərpa etmək və səfir təyin etmək qərarına gəliblər.