”Rusiyanın “leş”ini bölüşdürmək Ermənistanın boyunu aşar”


Siyasət 20 Sen 2022 08:24:00 86 0

”Rusiyanın “leş”ini bölüşdürmək Ermənistanın boyunu aşar”

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin İrəvana səfərindən sonra Ermənistanın gələcəyi müzakirə mövzusuna çevrilib.

Belə ki, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) ayrılmaq ehtimalları güclənib.

Hətta İrəvandakı "Fransa" meydanında Ermənistanın KTMT-dən çıxması tələbi ilə mitinq keçirilib. ABŞ bayraqları ilə İrəvan küçələrinə axışan ermənilər Rusiya və KTMT-də etirazlarını bildirib, Prezident Vladimir Putinin şəkillərini cıraraq, onun üvanına təhqir dolu fikirlər səsləndiriblər. ABŞ da Ermənistana dəstək vəd edib.

Bütün bunların fonunda  Rusiya Prezidenti Vladimir Putin İrəvanda keçirilən IX Rusiya-Ermənistan Regionlararası Forumunun iştirakçılarına ünvanladığı müraciətdə iki ölkə arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu deyib:

"Rusiya Federasiyası ilə Ermənistan arasında dostluq, əməkdaşlıq davam edir. Ötən müddət ərzində Rusiya və Ermənistan müxtəlif sahələrdə konstruktiv əməkdaşlıqda geniş təcrübə toplayıb, ikitərəfli əlaqələrin yüksək müttəfiqlik səviyyəsinə çatdırılması vacibdir".

Maraqlıdır, indiki vəziyyətdə Ermənistanın KTMT-dən ayrılması nə dərəcədə realdır?

Cebhe.info-ya açıqlamasında politoloq Natiq Miri bildirib ki, Ermənistanın KTMT-dən ayrılması asan məsələ deyil:

"Nensi Pelosi Ermənistanın KTMT-dən ayrılacağı təqdirdə ABŞ-ın İrəvana dəstək olacağını dedi. Ancaq bu, boğazdan yuxarı, şüar xarakterli və özlərinin siyasi maraqları çərçivəsində verilən açıqlama ola bilər. Çünki bu, o qədər sıradan məsələ deyil. Nəzərə almaq lazımdır ki, Ermənistanın Türkiyə və İranla dövlət sərhədlərini Rusiya qoşunlarını qoruyur. İndiki vəziyyətdə ABŞ öz əsgərlərini həmin sərhədləri qorumağa göndərməyə hazırdırmı? Məsələnin birinci tərəfi budur. İkincisi, İranın öz sərhədlərini ABŞ əsgərlərinin qorumasına razılıq verəcəyi də inandırıcı görünmür. Bu konteksdə İran və Ermənistan arasındakı münasibətləri də düşünmək lazımdır. Çünki Ermənistanın quru yolla əlaqəsi olan iki ölkədən biri İrandır".

Politoloq bildirib ki, Azərbaycan-Ermənistan sərhədində törədilən təxribatın əsas hədəflərindən və planın tərkib hissələrindən biri də KTMT ilə Rusiyanı çətin vəziyyətdə qoymaq idi:

"Bununla da Ermənistana KTMT-dən çıxmaq üçün siyasi və hüquqi zəmin yaratmaq hədəflənmişdi. Hadisədən dərhal sonra KTMT-yə müraciət olundu. Ümumiyyətlə, onlar əmin idilər ki, müraciət olunsa da, Rusiya və KTMT-nin qoşunlarını Azərbaycana qarşı Ermənistana göndərməyəcək. Bunu bildikləri üçün müraciət etdilər ki, Rusiya və KTMT çətin vəziyyətdə qalsın. Ardınca isə Ermənistandakı bəzi siyasi şəxslər KTMT-ni qeyri-ciddi təşkilat adlandırdı. Əslində bu fikirlərin deyilməsi üçün həmin müraciət olunmuşdu".

Natiq Miri hesab edir ki, Ermənistanın KTMT-dən ayrılması yaxın zamanda baş verə biləcək hadisə deyil:

"Çünki Rusiya nə qədər zəifləsə də, onun "leş"i yenə də ağırdır. Rusiyanın "leş"ini bölüşdürmək isə Ermənistanın boyunu aşan məsələdir. Ona görə də bir çox məsələlər və geosiyasi hadisələr aydınlaşana qədər İrəvan gözləməkdə davam edəcək. Düşünürəm ki, bu konteksdə Rusiya-Ermənistan danışıqları da davam edəcək. Çünki İrəvanın əsas məqsədlərindən biri də Rusiyanı Ermənistana yardım etməyə vadar etmək idi".

İsrail Türkiyəyə səfir like
  • 20 Sen 08:23  
Siyasət İsrail Türkiyəyə səfir

İsrail Xarici İşlər Nazirliyinin Təyinatlar Komitəsi Ankara səfirliyinin

arrow Ətraflı
Kamran telefonu şarja taxanda like
  • 20 Sen 08:22  
Digərləri Kamran telefonu şarja taxanda

Masallının Mollahəsənli kəndində bir mərtəbəli yaşayış evində baş

arrow Ətraflı
Xroniki pankreatitin fəsadları like
  • 20 Sen 08:21  
Digərləri Xroniki pankreatitin fəsadları

Xroniki pankreatitin fəsadları dərman terapiyasının effektliyini azaldır v

arrow Ətraflı
Ərdoğan Amerika Yəhudi İcmasının nümayəndələri ilə görüşüb  FOTO like
  • 20 Sen 08:20  
Siyasət Ərdoğan Amerika Yəhudi İcmasının nümayəndələri ilə görüşüb FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Amerika Yəhudi İcmasının nüma

arrow Ətraflı
Ərdoğan Yəmən Prezident Şurasının sədri ilə like
  • 20 Sen 07:55  
Siyasət Ərdoğan Yəmən Prezident Şurasının sədri ilə

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yəmən Prezident Şurasının sə

arrow Ətraflı
Barret qida borusu like
  • 20 Sen 07:51  
Digərləri Barret qida borusu

Barret qida borusu - qastroezofageal və ya duodenoqastroezofageal reflyuks xəs

arrow Ətraflı
Ceyhun Bayramov BMTnin Baş katibi ilə görüşüb  FOTO like
  • 20 Sen 07:45  
Siyasət Ceyhun Bayramov BMTnin Baş katibi ilə görüşüb FOTO

19 sentyabr tarixində xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleya

arrow Ətraflı
NyuYork görüşündə nələrdən danışılıb?  Azərbaycan XİN like
  • 20 Sen 07:25  
Siyasət NyuYork görüşündə nələrdən danışılıb? Azərbaycan XİN

Azərbaycanın Xarici İşlər Nazirliyi Nyu-Yorkda ABŞ dövlət katibi Entoni

arrow Ətraflı
Çəkilişi başlamayan filmin 40 milyonluq xərci like
  • 20 Sen 06:44  
Şou-biznes Çəkilişi başlamayan filmin 40 milyonluq xərci

Aktyor və rejissor Mahsun Kırmızıgülün maraqla gözlənilən yeni "Pr

arrow Ətraflı
Goyöskürək like
  • 20 Sen 06:05  
Digərləri Goyöskürək

Göyöskürək - kəskin uşaq infeksiyasıdır və getdikcə artan tutma şəki

arrow Ətraflı
Maskın keçmiş sevgilisi plastik əməliyyatla özünü bu hala saldı  FOTO like
  • 20 Sen 05:22  
Digərləri Maskın keçmiş sevgilisi plastik əməliyyatla özünü bu hala saldı FOTO

Bir ay əvvəl milyarder iş adamı İlon Maskın keçmiş sevgilisi və iki öv

arrow Ətraflı
Öd kisəsində diskineziya ağrıları like
  • 20 Sen 05:04  
Digərləri Öd kisəsində diskineziya ağrıları

Öd kisəsində diskineziyalar sağ qabırğa altına və qarının sağ yarıs

arrow Ətraflı
Hadise səhnədə üzüyünü çıxarıb atdı  VİDEO like
  • 20 Sen 04:44  
Şou-biznes Hadise səhnədə üzüyünü çıxarıb atdı VİDEO

Bu ilin aprel ayında iş adamı Mehmet Dinçerlə ailə quran və hazırda boş

arrow Ətraflı
Qızılca like
  • 20 Sen 04:03  
Digərləri Qızılca

Qızılca infeksion xəstəlik olub yüksək yoluxuculuq qabiliyyətinə malikdi

arrow Ətraflı
Şakira ilə Pike Barselonada gizli görüşdü  FOTO like
  • 20 Sen 03:22  
Şou-biznes Şakira ilə Pike Barselonada gizli görüşdü FOTO

Məşhur müğənni Şakira və futbolçu Jerar Pike Barselonada fotoqrafların

arrow Ətraflı