Çəkilişi başlamayan filmin 40 milyonluq xərci


Şou-biznes 20 Sen 2022 06:44:00 124 0

Çəkilişi başlamayan filmin 40 milyonluq xərci

Aktyor və rejissor Mahsun Kırmızıgülün maraqla gözlənilən yeni "Prestij meselesi" filmi ona baha başa gəlib.

Son.az olay-a istinadən xəbər verir ki, çəkilişləri hələ başlamasa da, ekran işi üçün indidən 40 milyon lirə (təxmini 3 milyon 730 min manat) pul xərclənib.

Layihədə Biran Damla Yılmaz, Eser Yenenler, Aslıhan Güner, Erkan Petekkaya və hələ ki adları açıqlanmayan bir çox məşhur simalar yer alacaq. 

Xatırladaq ki, 1992-1993-cü illəri əhatə edəcək film əfsanəvi musiqi prodüseri Hilmi Topaloğlunun "Prestij müzik" şirkətini qurduğu dövrdən bəhs edəcək.